Rusiyada həkim İİV daşıyıcısı olan xəstəni müalicə etmədi: "Qoy, ölsün!"

Rusiyada həkim İİV daşıyıcısı olan xəstəni müalicə etmədi: "Qoy, ölsün!"

Rusiyanın Perm vilayətində İİV (insanda immunçatışmazlığı virusu) xəstəsi həkimə müraciət edərək dərmanlarının bitdiyini deyib.

59.ru-nun xəbərinə görə, bu barədə İİV xəstələrinin hüquqlarını müdafiə edən qurumdan bildiriblər.

Qeyd edilir ki, koloniyada müalicə müddəti bitən xəstələrdən biri həkimə müraciət etsə də, həkim onu qəbul etməyib, üstəlik, təhqir edib.

O, xəstəyə uca səslə “dərhal stoldan kənara çəkil. Hamımızı yoluxduracaqsan!”, - deyərək qeydiyyat şöbəsinə qaçıb. Orada da həmin xəstə haqqında “qoy, tezliklə ölsün!”, - deyib.

Faktla bağlı araşdırma başlayıb.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1140 Tarix: 18.02.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər