"Hamınızı "qara siyahı"ya atıb, cavab verməyəcəm"

"Hamınızı "qara siyahı"ya atıb, cavab verməyəcəm"

"Həddini bilməyib fikir yazanlar çox olacaq. Saxta profillər açıb, bunu özlərinə vəzifə görüb, ürək bulandırmaq üçün səhifələrə dadananlar... Hamısını "qara siyahı"ya atıb, cavab verməyəcəm. Sözə hörmətimə görə...".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova sosial şəbəkədə yazıb. Bir neçə gün əvvəl yeni mahnısı işıq üzü görən sənətçi ünvanına yazılan tənqidlərə cavab verib:

"Mən sizinlə eyni yolda deyiləm. "Qorxdun, qaçdın, sildin" kimi hədələrinizlə maraqlanmıram. Sizə həddinizi bildirmək həddim deyil. Allaha yaxın, mənə uzaq olun. Məndən sizə mövzu çıxmaz.

Kaş ağzınızdan çıxan cümlələrin, beyninizdəki düşüncələrin kainatı dolaşıb sizə qayıdacağının fərqinə varsanız. Bu həyatda bilmədiyim çox şey var. Amma tək bildiyim odur ki, bir insanın ürəyi gözəldirsə, sözü də, yolu da, sonu da gözəl olur".

İbrahimova "Qızım" mahnısını plagiat olması iddiasına isə belə reaksiya verib:

"Çalışqan, istedadlı insanların ruhu heç bir para-pulla alınmaz. Pul, insanlar iş görə bilsinlər və həyatlarına davam etməkləri üçün bir vasitədir. Amma pulun insanlarda birlik yaratmağa gücü çatmaz. Diqqət çəkən, uğur qazanan bütün işlər, tək bir insanla deyil, bir neçə insanın birləşməyi nəticəsində ərsəyə gəlir. Birlik hər zaman rəqabətdən daha qüvvətlidir".

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1051 Tarix: 18.02.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər