Kral ailəsində bir həftə ərzində ikinci boşanma

Kral ailəsində bir həftə ərzində ikinci boşanma

Kraliça II Elizabetin bacısı oğlu Devid Armstronq-Cons 26 il evli olduğu xanımı Serena ilə boşandığını elan edib.

Bu barədə “BBC News” xəbər yayıb.

Şahzadə Marqaretin 58 yaşlı oğlu boşanma qərarını elan etdikdən sonra mətbuatdan özəl həyatlarına hörmətlə yanaşılmasını istəyib.

Cütlük 1993-cü il oktyabrın 8-də ailə qurub. Onların Çarlz və Marqaret adlı iki övladı var.

Qeyd edək ki, bu, kral ailəsində həftə ərzində ikinci boşanma hadisəsidir.

Fevralın 11-də II Elizabetin böyük nəvəsi boşanma barədə elan etmişdi.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 667 Tarix: 18.02.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər