"Sədərək"də biabırçılıq: Yanğından sonra bunu da etdilər

"Sədərək"də biabırçılıq: Yanğından sonra bunu da etdilər

“Sədərək” Ticarət Mərkəzi yanır, bazarın çıxışındakı şlaqbaumlar bağlıdır, kassirlər maşınların bazardan çıxması üçün 50 qəpik yerpulu yığır”.

Qaynarinfo xəbər verir ki, bunu hadisə yerində olan jurnalistlərdən biri “Facebook” səhifəsində yazıb.

Hadisəyə ironik münasibət bildirən jurnalist belə getsə, yanğınsöndürən maşınların da ərazidən çıxanda pul ödəyəcəyini bildirib.

Qeyd edək ki, bu gün “Sədərək” Ticarət Mərkəzində güclü yanğın olub.

Hadisə nəticəsində 60-a yaxın mağaza yanıb, səkkiz nəfərin zəhərləndiyi bildirilir.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2736 Tarix: 18.02.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol