Məşhur aktyor ağır itkisindən danışdı

Məşhur aktyor ağır itkisindən danışdı

Məşhur aktyor Müşfiq Şahverdiyev "ATV" kanalında yayımlanan "Şou Atv" verilişində qonaq olub.
BiG.AZ xəbər verir ki, veriliş zamanı aktyor atasının ölümündən danışaraq kövrəlib:
"Atam rəhmətə gedəndə altı yaşım var idi. May ayı idi və sentyabrda mən artıq məktəbə getdim. İlk gün bir çox uşağı atası məktəbə gətirmişdi. Amma mənim atam yanımda yox idi. Atamla bağlı bir neçə hadisəni xatırlayıram. Heç yadımdan çıxmayan isə o rəhmətə gedən günlə bağlıdır. Ona təcili yardım çağırdıq, nə qədər hayladıq, çağırdıq xeyri olmadı. O epizod yadımdan çıxmır. Atam rəhmətə getdi, çox əziyyətlər çəkdik. Amma ən çox ata qayğısından əskik oldum. Ona görə indi oğluma çalışdığım qədər o qayğını daha çox vermək istəyirəm. Çünki mən ondan əskik oldum".

Samirə Qasımova


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 6371 Tarix: 18.02.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol