Hiyləgər xəstəlik - Osteoporoz

Hiyləgər xəstəlik - OsteoporozYaş 30-u keçdikdən sonra onurğada qəribə ağrılar başlayır. Səbəbi bilinməyən bu narahatçılıq hərdən yox olur, hərdən də artır. Eyni zamanda özünüzü əzgin, narahat hiss edirsiniz.

Axşam.az xəbər verir ki, bəzən sümüklərdə səbəbi məlum olmayan daxili sınıqlar əmələ gəlir. İnsanlar belə sınıqlara çox da önəm vermirlər. Elə düşünürlər ki, bu, soyuqdəymənin əlamətidir. Sümük hüceyrələri daim yenilənir. Bu tarazlıq pozularsa, osteoporoz xəstəliyi yaranar. 30 yaşından sonra isə sümüklər öz çəkisini itirməyə başlayır.

Osteoporoz zamanı sümüklər zərifləşir və sümükdaxili mikroqırıqlar əmələ gəlir. Bu sınıqlar əsasən mil sümüyündə, bud sümüyünün boynunda, onurğada müşahidə olunur. Xəstəliyin ilk iki-üç ayında sümüklər öz çəkisini 4 faiz itirir.

Az hərəkətlilik, kalsium və D vitamini çatışmazlığı, stress, vaxtlı-vaxtında qidalanmamaq osteoporoz əlamətlərinin erkən başlamasına səbəb olur.

Əgər insanda kürək ağrıları, boyun artmaması, donqarlaşma halları baş verirsə, demək o osteoporozun əsiridir.

Dəhşətli fəsadlar:
Osteoporoz xəstəlik kimi çox da qorxulu deyil. Amma onun törətdiyi fəsadlar daha dəhşətlidir. Bud sümüyünün sınıqlığı çox vaxt əlilliyə gətirib çıxarır. Osteoporoz zamanı orqanizmdə funksiya pozğunluğu baş verir. Bu halda olan hər beşinci xəstə dünyasını dəyişir. Xəstəliyin başlamasından 6 ay sonra qan dövranı pozulur, damarlarda tromb əmələ gəlir, orqanizmin müqaviməti azalır və infeksion xəstəliklər başlayır. Belə xəstələr müalicəsiz qaldıqda yataq rejiminə düçar olurlar.

Əlinizə düşən dərmanı qəbul etməyin:
Osteoporozu müalicəsiz qoymaq olmaz və onun ağrılarını dərmanlarla aradan qaldırmaq təhlükəlidir.
Müalicənin əsas hissəsi sümüyün qırılmasının, burada gedən dağılma prosesinin qarşısını alan dərmanlar qəbul etməkdən ibarətdir.

Qədim dövrlərdə osteoporoz 40 yaşdan yuxarı insanların xəstəliyi hesab edilirdisə, indi onun yaş həddi daha da cavanlaşıb. Getdikcə cavanlaşan xəstəliyə indi hətta 27 yaşında olan qadınlarda da rast gəlmək mümkündür. Erkən osteoporoz əsasən, yetkinlik çağına gec girən qızlarda aşkarlanır.

Risk altındasan. Əgər sən...
· Yaşın 40-dan yuxarıdırsa
· Əgər yaxınların osteoporozdan əziyyət çəkibsə
· Aylıq tsikldə pozğunluqlar varsa
· Uşaqlıq və ya yumurtalıqların çıxarılıbsa
· Böyrək çatışmazlığından, revmatoid artritdən əziyyət çəkirsənsə
· Yerli-yersiz pəhriz saxlayırsansa
· İşin oturaqdırsa
· Vaxtlı-vaxtında qidalanmırsansa

Osteoporoza qarşı qəbul edilən dərmanlar təzyiqi qaldırır. Buna görə də belə xəstələr daim həkim nəzarətində olmalıdırlar. Müalicədən əvvəl xəstənin oynaqlarında duz olub-olmadığını yoxlamaq vacibdir. Əgər oynaqlarda duz varsa, onu mütləq təmizləmək lazımdır.

Osteoporoz zamanı masaj qətiyyən qadağandır. Sümüklər incəldiyi üçün onların sınma riski böyükdür.

Profilaktik tədbir:
Doğru qidalanma, süd və süd məhsulları, brokkoli və ispanaq, digər tünd yaşıl rəngli yarpaqları olan tərəvəzlər, yağlı balıq yemək risqi azaldır. Tez-tez idman etmək məsləhətdir. Gündə bir dəstə cəfəri yemək orqanizmi kalsiumla, fosfor və kükürdlə təmin edir. Bu da osteoporoz riskini azaldacaq ən yaxşı vasitələrdəndir. Oturaq işdə çalışanlar tez-tez gəzintiyə çıxmalıdırlar. Yay mövsümündə bolluca günəş vannası qəbul etmək lazımdır.
Təhlükəlidir: osteoporoz zamanı spirtli içkilər koka-kola içmək, siqaret çəkmək, çox arıqlamaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1351   Tarix: 17 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561
.

Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma

Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi

23.08.2021 1483
.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311
.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493