Türkiyədə ana azyaşlı övladını döyərək öldürdü

Türkiyədə ana azyaşlı övladını döyərək öldürdü

Türkiyənin İzmir şəhərində azyaşlının ölümündə şübhəli bilinən anası və onun sevgilisi hakim qarşısına çıxıb.

"Milliyet"in yaydığı xəbərə görə, beş yaşlı Eymen Sadiq həmin şəxslər tərəfindən döyülərək öldürülüb.

Belə ki, 26 yaşlı Mine D. və sevgilisi 38 yaşlı Serkan E. uşaqla birgə gəzməyə gediblər.

Qətl onlar geri qayıdanda baş verib.

Məhkəmə prosesində dindirilən qadın gəzməkdən qayıdanada yolda avtomobili saxlayıb tualetə getdiyini, qayıdanda isə oğlunu ölmüş vəziyyətdə gördüyünü deyib.

Sevgilisi Serkan E. isə Eymen Sadiqin anası tərəfindən öldürüldüyünü bildirib.

Onun sözlərinə görə, qadın uşağını öldürdükdən sonra onun əllərini bağlayaraq çamodana qoyub və basdırıb.

Qadın ittihamları qəbul etməsə də, həmin vaxt sevgilisi ilə narkotik qəbul etdiklərini bildirib.

Məhkəmə ananın psixoloji vəziyyətinin müəyyən edilməsi üçün ekspertiza təyin edərək prosesi təxirə salıb.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 521 Tarix: 17.02.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər