Prezident İlham Əliyev Paşinyanı darmadağın etdi - TƏHLİL

Prezident İlham Əliyev Paşinyanı darmadağın etdi - TƏHLİLAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri keçirildi.

Prezident İlham Əliyev debatda məntiqli, tutarlı, faktlarla zəngin arqumentlər səsləndirməklə üstünlüyü əldən vermədi.

Bu fonda isə Ermənistan hökumətinin başçısı ənənəvi ampluasında idi. N.Paşinyanın daha çox hansısa qəzetdə çıxan materiallara istinad etməsi isə gülüş doğururdu.

N.Paşinyanın çıxışında Xocalı faciəsinin Azərbaycan tərəfindən törədilməsi ilə bağlı cəfəng iddia səsləndirməsi, üstəlik, bu fikrini "gücləndirmək" üçün Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibova istinad etməsi İlham Əliyevin buna yerində cavab verməsi ilə nəticələndi.

İlham Əliyev cavabında dedi ki, Ayaz Mütəllibov dəfələrlə Azərbaycanın Xocalı faciəsini törətməsi ilə bağlı fikir səsləndirmədiyini söyləyib.

Ölkə başçısı bunun erməni jurnalistlərin fantaziyası olduğuna diqqət çəkdi.

Aciz qalan N.Paşinyan diplomatik ritorika, diplomatik arqument və diplomatik manevrlərdən çox, qəzetçilik təcrübəsinə söykəndi. O, "Xocalı faciəsini Azərbaycan törədib" fikrini əsaslandırmaq üçün yalnız Ayaz Mütəllibovun müsahibəsində belə dediyini söyləməklə vəziyyətdən çıxmağa cəhd göstərdi.

Amma İlham Əliyevin dediyi kimi, Ayaz Mütəllibov dəfələrlə müsahibədə belə bir fikir səsləndirmədiyini bəyan edib. İlham Əliyev Ermənistanın Xocalıda soyqırımı törətdiyini faktlar və rəqəmlərlə səsləndirib.

Digər tərəfdən, Nikol Paşinyan Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış separatçı rejimin danışıqlarda tərəf kimi iştirakının vacibliyini vurğuladı.

İlham Əliyev isə xatırlatdı ki, dünya birliyi, hər hansı dövlət Dağlıq Qarabağdakı qondarma rejimi tanımır.

"ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil. Heç bir ölkə Dağlıq Qarabağı tanımayıb", - deyə Prezident əlavə edib.

Prezident çıxışında Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində mədəni irsi məhv etdiyini də diqqətə çatdırıb.

Münaqişənin həlli üçün əsas şərtin Ermənistanın işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxması olduğunu dilə gətirib.

Ölkə başçısının debatın əvvəlində tarixdən nümunələr gətirərək, Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu deməsi də mühüm mesaj idi.

Bunun ardınca diplomatiyaya keçid edərək, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətnamələrini xatırlatması onun arqumentini daha da güclü etdi.

Nikol Paşinyan isə debat zamanı iki dəfə çaşdı. Bu, onun nə qədər hazırlıqsız olmasından xəbər verir. Belə ki, çıxışında "Qafqaz Bürosu qərar çıxarmışdı ki, Qarabağ Azərbaycanın olsun" deyəndən sonra "Üzr istəyirəm, Ermənistan" deməsi Baş naziri gülünc vəziyyətə saldı.

Bundan başqa, o, keçmiş Şaumyan rayonunun (indiki Goranboy) Dağlıq Qarabağa aid olduğunu deyərkən İlham Əliyev dərhal buna reaksiya verib.

İlham Əliyev bildirib ki, Şaumyan rayonu Dağlıq Qarabağa aid deyil.

Ümumilikdə Azərbaycan Prezidentinin tarixi faktlara diqqət çəkməsi moderatorun (Rusiya-Amerika Fondunun icraçı direktoru Selesta Vallander) da marağına səbəb oldu. O, "burada tarix dərsi keçilir" deməklə, əslində, İlham Əliyevin arqumentlərinin daha güclü olduğuna işarə etdi.

Debatın ümumi mənzərəsində Nikol Paşinyan çox zəif və hazırlıqsız görünürdü.

mənbə: oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2200   Tarix: 16 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İndoneziyada vulkan püskürməsi - VİDEO

İndoneziyada Rvanq vulkanı püskürüb. BİG.AZ xəbər verir ki, partlayışlardan sonra yüzlərlə insan ərazidən çıxarılıb. Həmin videonu təqdim edirik:

19.04.2024 199
.

"Azərbaycan tərəfi sülhməramlıların missiyasına aid olmasa da,onların bu fəaliyyətinə anlaşıqlı şəkildə yanaşmışdır" - Politoloq

Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edib. Rusiyanın "Krasnaya Zvezda" qəzeti bildirib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişə bölgəsinə sülh və sabitlik gətirib, aparılan əməliyyat məqsədlərinə çatıb və məntiqi nəticəyə gəlib. Mövzu ilə bağlı -a danışa

19.04.2024 340
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

19.04.2024 769
.

"Ata və ananın sosial şəbəkədə çox vaxt keçirmələri uşaqlara qarşı diqqətin azalmasına səbəb olur" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Ramidə Oqtayqızı bildirib ki, uşaqlara sevgi, qayğı göstərmək, onlarla ünsiyyət qurma

19.04.2024 255
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 295
.

"Efirlərə çıxıb özlərinə kişi axtarırlar"

"İşsiz deyiləm. Hazırda iki böyük şirkətin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıram. Aparıcı olaraq efirlərdən uzaqlaşmışam. Mütəmadi olaraq məni verilişlərə qonaq çağırırlar və ekspert kimi iştirak edirəm. Diqqətimi daha çox sosial mediaya yönləndirmişəm. Buna rəğmən televiziyada baş verənlər

19.04.2024 457
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 417
.

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm

18.04.2024 583
.

Bakıda 29 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti

19.04.2024 252