Paşinyanı Ermənistanda nə gözləyir?

Paşinyanı Ermənistanda nə gözləyir?"Öncə onu qeyd etmək lazımdır ki, bu panel müzakirəsi bağlı qapıların arxasındakı danışıqların üzə çıxması hadisəsi kimi dəyərləndirilməlidir. Bu müzakirədə həm Azərbaycanın, həm Ermənistanın mövqeyi açıq şəkildə ortaya qoyuldu".

BiG.AZ xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrə münasibət bildirərkən Unikal.org-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov səsləndirib. O bildirib ki, Prezident İlham Əliyev Azərbaycanın mövqeyini arqumentli, iradəli və daha yaxşı çatdırdı:

"Açığını deyim ki, Azərbaycan Prezidentinin ingilis dilində daha yaxşı danışması, fikirlərini daha dəqiq ifadə etməsi açıq şəkildə göründü. Bu, öz yerində, amma orada səslənən fikirləri Azərbaycanın haqlı mövqeyinin qalib gəlməsi kimi qəbul olunmalıdır. Belə demək mümkündürsə, bu panel müzakirəsində hər iki tərəfin mövqeyi ictimaiyyətə bəlli oldu. Bildiyim qədər prezidentlər arasında görüş də olub. Orada hansı məsələlərin müzakirə olunduğu, bundan sonra prosesin necə inkişaf edəcəyi də vacib məsələdir. Təəssüf ki, bu cür görüşlərin hansısa ciddi nəticələrin olacağına ümidlər çox azdır. Hesab edirəm ki, Paşinyan Ermənistana qayıdandan sonra ciddi şəkildə tənqid olunacaq. Bu tənqid onun hansısa şəxsi davranışı deyil, ortaya qoyduğu mövqe barədə olacaq".

T. Zülfüqarov onu da qeyd edib ki, adətən bu cür müzakirələr hansısa prosesin, yaxud dəyişikliklərin əvvəlində olur. "İkinci bir məntiq onu deməyə əsas verir ki, Ermənistan bu cür diplomatik zərbələri ala-ala öz siyasi xəttinə davam edəcək. Ən çətin vəziyyətdə isə həmsədrlər qalacaq. Çünki onların bundan sonra kiməsə nəsə deməyi çətin olacaq. Hər halda, bu panel müzakirəsinin Azərbaycan ictimaiyyətinə böyük təsiri var. Sosial şəbəkələrdən hiss elədim ki, Azərbaycan ictimaiyyəti Prezidentin həmin müzakirədə iştirakından və sərgilədiyi mövqedən çox razıdır" – deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1327   Tarix: 16 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278