İtlərə atəş açan adam 7 yaşlı qızın başından vurub

İtlərə atəş açan adam 7 yaşlı qızın başından vurub

Kabardino-Balkariyada 48 yaşlı kişi it sürüsünü qovmaq üçün ov tüfəngiylə havaya atəş açarkən güllələrdən biri anasıyla yoldan keçən 7 yaşlı qızın başına dəyib.

BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, uşaq xəstəxanaya çatdırılaraq, təcili əməliyyat olunub və 7.62 mm kalibrli güllə çıxarılıb.

Hazırda müstəntiqlər hadisənin təfərrüatlarını araşdırırlar. Qeyd olunur ki, qızın sağlamlığına vurulan ziyanı müəyyənləşdirmək üçün ballistik və tibbi ekspertiza aparılacaq.

Natəvan Baxşiyeva

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 653 Tarix: 15.02.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər

0.032