Evlə təmin olunan hərbçilərin sayı açıqlanıb

Evlə təmin olunan hərbçilərin sayı açıqlanıb

Son illərdə Azərbaycanda evlə təmin olunan hərbçilərin sayı açıqlanıb.

"Report" apardığı araşdırmalar nəticəsində məlum olub ki, 2013-cü ildən başlayaraq demək olar ki, hər il (2016-cı il istisna olmaqla) orduda xidmət edənlərə mənzil verilib.

Bu müddət ərzində 2 792 hərbi qulluqçu evlə təmin edilib.

Belə ki, hərbçilərə ya şəxsi, ya da xidməti mənzillər təqdim edilir. Yaxud, onlara kirayə tutduqları evin haqqını ödəmək üçün kirayəpulu verilir. Başqa sözlə, evsiz qalan hərbçi yoxdur.

Bununla bağlı statistikanı təqdim edirik:
Evlə təmin olunan hərbçilərin sayı açıqlanıb

2013-cü ilin noyabrın 15-də Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş 25 nəfər hərbi qulluqçuya yeni verilən mənzillərin sənədləri təqdim olunub.

2014-cü ilin iyunun 23-də 110 xidməti ev hərbçilərə verilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar müvafiq göstərişinə əsasən tikilən 2 doqquzmərtəbəli xidməti yaşayış binasının açılış mərasimində iştirak edib və bir qrup hərbi qulluqçuya mənzillərin açarlarını təqdim edib.

2015-ci ilin oktyabrın 30-da hərbçilər üçün yeni tikilən 2 yaşayış binasının açılışı olub. Ümumilikdə üçotaqlı 100 mənzildən ibarət beşmərtəbəli binalar kommunikasiya xətləri ilə təchiz olunaraq mərkəzləşdirilmiş istilik sisteminə qoşulub. Həmin binalar beşmərtəbəli, hər biri 3 otaqlıdır. Tam təmirli mənzillərin mebel və lazımi avadanlıqla təchiz olunublar.

Evlə təmin olunan hərbçilərin sayı açıqlanıb

Ümumilikdə həmin il 1 000 nəfərdən çox hərbi qulluqçu xidməti, 500 nəfər hərbçi ailəsi isə daimi mənzillə təmin olunub.

2017-ci ilin yanvarın 6-da 50 mənzil hərbçilərə paylanılıb. Həmin mənzillər Hərbi Hava Qüvvələrinin aviabazasında tikilən yeni binada yerləşir.

2018-ci il dekabrın 17-də Bakıda daha 394 mənzil hərbçilərin ixtiyarına verilib. Belə ki, Sabunçu rayonunda inşa edilən binalarda hərbi qulluqçulara yeni mənzillər təqdim edilib. Onlardan 3-ü birotaqlı, 192-si ikiotaqlı, 185-i üçotaqlı, 14-ü isə dördotaqlıdır.

Evlə təmin olunan hərbçilərin sayı açıqlanıb

Mərasimdə Prezident İlham Əliyev də iştirak edib.

2019-cu ilin dekabrın 24-də Silahlı Qüvvələrin şəxsi heyətinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar göstərişinə əsasən, hərbi qulluqçular üçün inşa edilən növbəti yaşayış binasının açılışı olub. Yaşayış binasında 44 mənzil var.

Ötən il dekabrın 25-də Hərbi Hava Qüvvələrinin hərbi hissəsində növbəti yaşayış binası istifadəyə verilib. Buradakı mənzillərin sayı 70 olub.

Bundan başqa, həmin il Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sifarişi ilə inşa edilən Bakı şəhəri, Hövsan Yaşayış Kompleksindən 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına 436 ədəd tam təmirli mənzil alınıb. Mənzillərin hərbi qulluqçuların mülkiyyətinə verilməsi və onların adlarına rəsmiləşdirilməsi istiqamətində işlər həyata keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 818 Tarix: 15.02.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər

0.049