İki həftə öncədən biletləri satılan Teoman: "Azərbaycana yenidən gəlmək fikrindəyəm"

İki həftə öncədən biletləri satılan Teoman: "Azərbaycana yenidən gəlmək fikrindəyəm"

Ötən gün Türkiyənin sevilən müğənnisi Teoman Azərbaycanda Sevgililər Gününə özəl konsert proqramı ilə sevənlərinin qarşısına çıxıb.

BiG.AZ xəbər verir ki, konsertdən öncə jurnalistlərin suallarını cavablandıran müğənni bildirib ki, Bakıya ilk gəlişidir və yenidən gəlməyi düşünür:

"Bakıya ilk gəlişimdir. Amma danışıqlar gedir, yenidən gəlməyi fikirləşirəm. Məni Azərbaycanda bu qədər sevdiklərini bilmirdim. Həmişə köməkçim deyirdi, Azərbaycanlı dinləyicilərdən instaqram hesabına ya poçtumuza çox sayda məktublar gəlir. Amma düzü bu qədər olacağını bilmirdim. Mənə dedilər konsertə bilet satışı bir neçə həftə əvvəldən bitib. Bunu eşidəndə çox sevindim".

Teoman konsertin Sevgililər Gününə təsadüf etməsinə də açıqlama verib:

"Əslində mənim üçün özəl günlərin heç bir anlamı yoxdur. Yəni, Sevgililər Günü və ya Yeni il, fərq etməz, bu günləri önəmsəmirəm. Amma dinləyicilər üçün önəmli olduğu üçün biz də bu günlərdə çox konsertlər veririk".
Konsert zamanı deyilən vaxtdan iki saat sonra səhnəyə çıxan Teoman fanatlarının sevgisi ilə qarşılaşıb və bundan çox təəccüblənərək "Kaş ki, bütün konsertlərim belə olsa" deyib.

Samirə Qasımova
Lamiyə Məmmədova


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 823 Tarix: 15.02.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol