Bakıda intihara cəhdin qarşısı alındı

Bakıda intihara cəhdin qarşısı alındı

Nizami rayonunda polis əməkdaşları hündürmərtəbəli binadan özlərini atmaqla intihar etməyə cəhd edən şəxsləri xilas edib.

APA-nın məlumatına görə, Q.Qarayev prospektində dələduzluğa məruz qalmalarına etiraz əlaməti olaraq, intihara cəhdin etmək istəyən şəxslər ərazidə xidmət aparan Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşlarının müdaxiləsi ilə dayandırılıb.

Həmin şəxslər vəd verərək onları Rusiyaya aparıb işlədən və 13000 dollar pullarını mənimsəyənlərin cəzalandırılmasını tələb edirlər.

İntihara cəhd etmək istəyən şəxslər aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 235 Tarix: 15.02.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər

0.028