Azərbaycanda hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması üçün görülən işlər - ARAŞDIRMA

Azərbaycanda hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması üçün görülən işlər - ARAŞDIRMAAzərbaycanın beynəlxalq aləmdə artan nüfuzu ölkədəki ordu quruculuğu işində də özünü qabarıq göstərir. Orduda aparılan islahatlar, vaxtında və yüksək səviyyədə həyata keçirilən tədbirlər bu sahədə zəruri irəliləyişlərin əldə olunması üçün stimul rolunu oynayır. Hərbi qulluqçuların sosial və məişət şəraitinin daim yaxşılaşdırılması, aylıq vəzifə maaşlarının dəfələrlə artırılması, təhsil, təlim və tibb sahəsində yeni metodların tətbiq olunması gözlənilən yüksək nəticələrə rəvac verib.

Son bir neçə il ərzində Azərbaycan hərbi qulluqçularına geniş yaşayış sahəsinə malik yüzlərlə mənzillərin orderlərinin paylanması şəxsi heyət arasında ruh yüksəkliyi yaradan amillərdən biridir.

Müqayisə üçün bildirmək olar ki, son illər Azərbaycanda ordu ilə bağlı həyata keçirilən bir sıra tədbirlərin keçmiş MDB məkanında belə analoqu yoxdur. Məsələn, son 7 ilə nəzər salsaq görərik ki, 2013-cü ilin sonlarında Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş 25 hərbi qulluqçu daimi, 2014-cü ildə 110 hərbi qulluqçu ailəsi xidməti, 2015-ci ildə 1000 nəfərdən çox hərbi qulluqçu xidməti, 500 hərbçi ailəsi daimi, 2017-ci ildə Hərbi Hava Qüvvələrinin aviabazasında 50 nəfər hərbçi daimi, 2018-ci ildə isə 394 hərbi qulluqçu daimi (onlardan 3-ü birotaqlı, 192-si ikiotaqlı, 185-i üçotaqlı, 14-ü isə dördotaqlı) mənzillərlə təmin olunub.
Azərbaycanda hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması üçün görülən işlər - ARAŞDIRMABundan əlavə, hərbi qulluqçuların və onların ailə üzvlərinin mədəni istirahətinin daha yüksək səviyyədə təşkili üçün 2019-cu ildə də Silahlı Qüvvələrin şəxsi heyətinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar hərbi qulluqçular üçün inşa edilən növbəti yaşayış binası istifadəyə verilib. Eyni zamanda, ötən il Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi ilə inşa edilən Bakı şəhəri, Hövsan Yaşayış Kompleksindən 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına 436 ədəd tam təmirli mənzil alınıb və həmin mənzillər hərbi qulluqçuların mülkiyyətinə verilib. Müasir dövrün ən yüksək tələbləri səviyyəsində qurulan bu mənzillərin açılış tədbirlərində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin şəxsən iştirak etməsi, bir tərəfdən dövlət rəhbərinin ordumuza inam və etimadının ifadəsidirsə, digər tərəfdən də dövlətin bu mühüm və vacib sahəyə xüsusi önəm verməsinin göstəricisidir.

Bu gün bütün hərbi qulluqçuların maddi rifah halı yüksəlib. Təbii ki, atılan addımlar ordumuzun döyüş hazırlığının yüksəldilməsi və torpaqlarımızın işğaldan azad olunması naminədir. Ancaq bu gün Azərbaycanın dinamik inkişafını gözü götürməyən, mənzillərin bölgüsünə etirazla yanaşan, ölkənin paytaxtından kənarda mənzillə təmin olunmağa etiraz edənlərə də rast gəlinir. Təbii ki, ölkədə aparılan dərin islahatlar antiazərbaycan dairələri narahat edir və həmin qüvvələr Azərbaycana qarşı o insanlardan istifadə edir. Görünən odur ki, onların məqsədi Azərbaycanın inkişafına, hərbi qulluqçuların sosial rifahının daha da yaxşılaşmasına xidmət edən işlərin üzərinə kölgə salmaqdır.

Reallıq isə ondan ibarətdir ki, şəhid ailələri, müharibə veteranları və əlilləri, eləcə də hər bir hərbi qulluqçu Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub.

Bütün bunlar da hərbi qulluqçuların qarşısında qoyulan vəzifələrin icrasına məsuliyyətini daha da artırır, Vətən qarşısında borcunu vicdanla yerinə yetirməyə ruhlandırır.
Azərbaycanda hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması üçün görülən işlər - ARAŞDIRMA


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 999   Tarix: 14 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497