Zümrüd törətdiyi avtomobil qəzasından danışdı: "14 fevralda bu mənə lazım idi?!"

Zümrüd törətdiyi avtomobil qəzasından danışdı: "14 fevralda bu mənə lazım idi?!"

Tanınmış aparıcı Zümrüd Bədəlova çalışdığı televiziyanın həyətində qəza törədib. Aparıcı idarə etdiyi "Nissan Juke" markalı avtomobili ilə “Xəzər” televiziyasının həyətinə daxil olarkən kanalın müxbiri Elmar Həbibiyə məxsus “Mercedes» markalı maşınla toqquşub.

BiG.AZ-a açıqlama verən aparıcı bildirib ki, böyüdüləcək hadisə baş verməyib:

"Xəzər tv-nin həyətində qaraja girərkən öz əməkdaşımızın avtomobili ilə toqquşma oldu. Günah məndə idi. Onun maşınını çox pis əzmişəm. Mənim maşınımdansa, onun maşınına daha çox ziyan dəyib. Belə bir gündə, Sevgililər Günündə mənə lazım idi?! ".

Qeyd edək ki, qəzada xəsarət alan olmayıb.


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3279 Tarix: 14.02.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 15.02.2020
həda