Lolitanın keçmiş əri ona təhlükəli preparatlar veribmiş

Lolitanın keçmiş əri ona təhlükəli preparatlar veribmiş

Rusiyalı müğənni Lolita Milyavskayanın vəkili Sergey Jorin bildirib ki, ifaçının keçmiş həyat yoldaşı Dmitri İvanov ona təhlükəli preparatlar verib.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Komsomolskaya pravda" yazıb.

"Ailəli olduqları müddətdə İvanov həyat yoldaşının sağlamlığının qayğısına qalması bəhanəsi ilə ona BAƏ-lər (bioloji aktiv əlavələr-red.) verirdi. Lolita ondan ayrılanda maddələri yoxlamaq qərarına gəlib və onları tədqiqata göndərib. Məlum olub ki, onlar orqanizmə zərər vurur", - hüquqşünas deyib. Jorin bildirib ki, bu məsələni artistlə bərabər araşdırmağı planlaşdırır.

Qeyd edək ki, Dmitri İvanov Lolitanın sayca beşinci həyat yoldaşı olub. Onların evliliyi 9 il sürüb.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 966 Tarix: 14.02.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər