"Ən böyük eşqimi tapmışam" - Mətanət İsgəndərlidən ETİRAF

"Ən böyük eşqimi tapmışam" - Mətanət İsgəndərlidən ETİRAF

Əməkdar artist Mətanət İsgəndərli "ARB" kanalında yayımlanan "Ona qalsa" verlişində qonaq olub.

BiG.AZ xəbər verir ki, müğənni Sevgililər Günü ilə bağlı hisslərindən danışıb:

"Mən mahnı ifa edərkən kimisə fikirləşmirəm. Həmişə gözümün önünə həyatımı, çəkdiyim əziyyətləri gətirirəm. Mən ən böyük eşqimi tapmışam. Bunu indi yox, elə həyatı dərk edən andan tapdım. Mənim ən böyük eşqim Allahdır. Məncə, bu elə belə də olmalıdır. Ən böyük eşq Allaha məxsusdur. Düzdür, bu gün Sevgililər Günüdür. Hamı istəyir ki, sevgilisindən danışsın. Amma o sevgini insana bəxş edən də Allahdır. Sevgi hissini Allah hər kəsə nəsib etmir. Mən belə fikirləşirəm ki, heç kimin, heç nəyin üstündə əsməyəsən. Çünki hamısı əldən çıxır. Ona görə Allahı sevmək lazımdır. O, əbədi sevgidir".

Samirə Qasımova


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1956 Tarix: 14.02.2020
Bu xəbərləri da oxuyun
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər

0.034