Fırtına ilə əlaqədar çempionat oyunları təxirə salındı

Fırtına ilə əlaqədar çempionat oyunları təxirə salındıŞimali və Mərkəzi Avropa "Sabine" qasırğasına hazırlaşır.

Almaniya Dəmir Yolları İdarəsi ölkənin şimal bölgəsində hərəkətdə olan qatarların sürət həddinin idarəetmədən çıxa biləcəyini bildirib.

Almaniya Futbol Federasiyasından verilən açıqlamada "Borussiya Mönşenqladbax" və "Köln" arasında oynanacaq futbol matçının qasırğa səbəbiylə təxirə salındığı bəyan edilib.

"Eurowings" aviaşirkəti isə Şimali və Mərkəzi Avropada gözlənilən şiddətli fırtına səbəbiylə hava nəqliyyatında ciddi problemlərlə üzləşəcəklərini vurğulayıb.

Qeyd edək ki, Avropada bir çox məktəblər bağlanıb.

Küləyin sürətinin saatda 60 km-dən 120 km-ə qədər artacağı gözlənilir.(publika)


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1067   Tarix: 09 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş