Məzahir Pənahov: Belə şəxslər haqqında ciddi ölçü götürüləcək

Məzahir Pənahov: Belə şəxslər haqqında ciddi ölçü götürüləcəkMərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sosial şəbəkələrdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində baş verən proseslərə münasibət bildirib.

BiG.AZ Trend-ə istinadən bildirir ki, MSK sədri bildirib ki, sosial şəbəkələrdə paylaşılan bütün məlumatlar araşdırılacaq. O qeyd edib ki, bu dəfə paylaşılan məlumatlarla bağlı əvvəlkindən də kəskin və ciddi ölçü götürüləcək:

"Maarifləndirmə, təlimatlandırma baxımından bu qədər əziyyət çəkilib, kaş ki, bunlar olmazdı. Kimsə yerlərdə xoşagəlməz addımlar atırsa qanunvericiliyə uyğun addımlar atılacaq. Bu prosesə on minlərlə insan cəlb olunub. Bu insanların müəyyən bir faizi görünür ki, qeyri-ciddi insanlardır, dəyişdirilməlidir, bu prosesdə onlar iştirak etməməlidir. Onlar haqqında ciddi ölçü götürüləcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 898   Tarix: 09 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş