Baş Prokurorluq: "Bu məlumatlar həqiqəti əks etdirmir"

Baş Prokurorluq: "Bu məlumatlar həqiqəti əks etdirmir"Bakı-Qazax yolunda yol qəzası baş verməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "Facebook" sosial şəbəkəsindəki profilində bildirib.

O qeyd edib ki, bəzi kütləvi informasiya vasitələrində fevralın 9-da Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində üç nəfərin ölümü, yeddi nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsinə dair məlumatlar yayılıb.

"Həmin informasiyalar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunur.

Göstərilənlərlə əlaqədar, kütləvi informasiya vasitələrinin nümayəndələrindən bir daha xahiş olunur ki, sensasiya naminə reallığı əks etdirməyən məlumatların gələcəkdə yayılmaması, habelə bu kimi halların təkrarlanmaması məqsədilə həmin məlumatı dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü aidiyyəti qurumların mətbuat xidmətləri ilə dəqiqləşdirsinlər", - deyə E.Sultanov yazıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 836   Tarix: 09 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş