Sosial şəbəkələrdə yayılan məlumatlar araşdırılır - RƏSMİ

Sosial şəbəkələrdə yayılan məlumatlar araşdırılır - RƏSMİ"Seçki prosesinin ideal keçdiyini demək utopik düşüncələrə aludəçilikdir. İdeal seçki dünyanın heç bir yerində keçirilmir. Bunu iddia edən şəxs, yəqin ki, seçkilərdən bixəbərdir".

Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov Azərbaycan Televiziyasının "Hədəf" verilişində deyib.

Bildirib ki, seçki prosesində neqativ halların olması da istisna deyil: "İdeal seçki" tək sovet dövründə olurdu ki, bunu hətta o dövrün insanları da tənqid edir. 5 milyondan çox insanın iştirakçı olduğu, 30 mindən yuxarı insanın birbaşa icra elədiyi, 90 minə yaxın şəxsin müşahidəçi olaraq qatıldığı bir prosesdən ideallıq gözləmək mümkün deyil. Hər hansı neqativ halların da olması istisna deyil. Burada ən vacib məsələ baş verən halın seçkinin nəticəsinə nə dərəcədə təsir etmə imkanının olmasıdır".

MSK rəsmisi qeyd edib ki, sosial şəbəkələr özü belə seçki ilə bağlı məlumatlar yaymaqla şəffaflığa xidmət edirlər: "Biz sosial şəbəkələrdə yayılan məlumatları təhlil edirik. Çox hallarda bu məlumatlar bir neçə mənbədən tirajlanır. Bu da onu deməyə əsas verir ki, narazı olan namizədlər, yaxud vəkil təyin edilmiş şəxslər və digərləri prosesdən narazı deyillər. Sadəcə bir neçə namizəd bu prosesə həddindən artıq hərarətlə yanaşır. Bu baxımdan hesab edirəm ki, prosesin gedişi normaldır.

Bəzən namizədlərin qanunlar barədə çox səthi bilirlər, onlara da qanunun real tələblərini izah edirlər.

"Qaynar xətt"imizə seçicilərdən də zənglər gəlir. Deyirlər ki, səsverməyə getmişdim, bir namizədin nümayəndəsi qışqıra-qışqıra danışırdı, olmaz axı, ayıbdır. Seçicilərimizdə belə düşüncə var ki, biz namizədləri və nümayəndələrini bu barədə məlumatlandırmalıyıq. Biz də çalışırıq izah edək ki, ola bilər ki, bu, emosional prosesdir.

Bəzi hallarda müəyyən davranışlar hətta məntəqə seçki komissiyasının işinə maneələr belə törədir. Bu hallar aradan qaldırılır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2012   Tarix: 09 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089