Bu qaydalar insanların yolda keçirdikləri stresi azaldacaq - Psixoloq açıqladı

Bu qaydalar insanların yolda keçirdikləri stresi azaldacaq - Psixoloq açıqladıİnsanların gündəlik həyatda yaşadıqları stresin böyük hissəsi də yolda keçən vaxtın payına düşür. Belə ki, insanlar diskomfort şəraitdə evə getdikdə və ya yolda tıxacda qaldıqda həddən çox gərildiklərini söyləyirlər. Vəziyyətdən ən çox narazı olanlar isə ictimai nəqliyyatdan istifadə edən şəxslərdir.

Mövzu ilə bağlı "MediaPost"a açıqlama verən psixoloq Fərqanə Mehmanqızı insanların yolda keçirdikləri stresin səbəblərini izah edib.

Bu qaydalar insanların yolda keçirdikləri stresi azaldacaq - Psixoloq açıqladıO bildirib ki, yorğun insanlarda ən adi hallara qarşı dözümsüzlük yaranıb: "İnsanlar arasında aqressiya artıb, empatiya bacarığı çox aşağı düşüb. Bununla əlaqədar olaraq yolda keçirdikləri stresi qabartmaları normaldır. Əslində, daxilən sevgisizlikdən, mənəvi aclıqdan yaranan boşluq qıcığa qarşı reaksiyanı gücləndirir. Belə şəraitdə olan insanlar yolda tıxac əmələ gələndə, ictimai nəqliyyatda sıxlıq olanda və s. hallarda əsəbiləşirlər".

Ekspertin fikrincə, sözügedən problemlərin aradan qaldırılması üçün ictimai nəqliyyatda yeniliklər tətbiq edilməlidir: "Ümumiyyətlə, yeniliklər kütlə tərəfindən gec qəbul olunsa da, komfort şəraiti təmin edildikdən sonra müsbət qarşılanır. Təbii ki, yeni marşrutların istifadə, ictimai nəqliyyatda kart sisteminə keçidlə əlaqədar nizam-intizamın yaradılması, avtobusların təmizliyi və s. bu kimi detallar insanların özünü rahat hiss etməsinə səbəb olur. Bu da dolayı yolla onların gündəlik həyatında müsbət istiqamətdə dəyişikliklərlə nəticələnir. Bu gün paytaxtda ictimai nəqliyyatda tətbiq olunan yeni qaydalar kütlə tərəfindən tam şəkildə qəbul olunmasa da, bir müddət sonra insanlar buna alışacaq və bu sistemli həyat onlara müsbət təsir edəcək".

Xatırladaq ki, bu yaxınlarda 300 yeni avtobus alınaraq ölkəmizə gətirilib və hazırda onların müntəzəm marşrut xətləri üzrə istismara verilməsi işləri gedir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 738   Tarix: 05 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523