Şərqdə təmizliyin 8 qaydası

Şərqdə təmizliyin 8 qaydasıTəmizlik Şərq mədəniyyətinin hər zaman ən vacib atributlarından biri olmuşdur və qədim zamanlarda Şərqdə təmizlikdən danışılarkən sadəcə gigiyenik təmizlik deyil, eyni zamanda ruh, düşüncə və əməllərin təmizliyi də nəzərdə tutulurdu. Şərq dünyasının böyük qisminə hakim olan İslam dini imanın yarısının təmizlik olduğunu buyurmuşdu.

BiG.AZ coaching.az-a istinadən bildirir ki, əsrlər boyu Şərq aləmində təbliğ və tərənnüm olunan aşağıdakı 8 təmizlik qaydasına bu gün cəmiyyətimizin hər zamankından daha çox ehtiyacı var.

Əllərin təmizliyi – Sənə aid olan heç nəyə toxunmamağı tövsiyə edir. Başqa insanın həyatının və əməyinin üzərində öz həyatını qurmaq olmaz. Hiylə, oğurluq və ya qəsb yolu ilə əldə etdiyiniz hər şey həyatınızda və ruhunuzda mənəvi parazitlərin böyüməsinə səbəb olacaq və bu parazitlər bir gün sizi bütövlükdə yeyib, bitirəcək.

Qulaqların təmizliyi – Həyatdan küskün, mənfi düşüncəli insanlarla çox ünsiyyət qurub, qulaqlarımızı onların içi boş, şikayət və dedi-qodu dolu söz-söhbətlərinə qulaq asmamalıyıq.

Gözlərin təmizliyi – Baxışlarımız hər şeydə ilk növbədə gözəl olanı axtarmalı, insanlarda və hadisələrdə yaxşı olan tərəfləri görə bilməlidir. Gözümüzü nifrət və həsəd pərdəsi örtməməlidir. Unutmayaq ki, gözümüz ruhumuza gedən süzgəc funksiyasını oynayır. Süzgəcimiz nə qədər təmiz olsa, ruhumuz və zehnimiz da bir o qədər saf qalar.

Dilmizin təmizliyi – Niqtimizi yersiz və mənfi söz-söhbətlərlə kirlətməməliyik. Unutmayaq ki, ağzımızdan çıxan hər söz əhatə olunduğumuz emosional iqlimə müsbət və ya mənfi təsir gücünə malikdir. Bu emosional iqlim sadəcə bizə məxsus deyil, başqaları da onunla yaşayır. Düşünülməmiş və acı sözlərlə bu mənəvi atmosferi korlayaraq başqalarının zəhərlənməsinə səbəb olmağa sadəcə haqqımız çatmır.

Gigiyenik təmizlik – Bura bədənimizin, geyimlərimizin və istifadə etdiyimiz əşyaların təmizliyi daxildir. Biz insanlar ictimai varlıqlarıq, təkbaşına yaşamırıq və hər zaman başqa insanların əhatəsində oluruq. Natəmizliyimiz ətrafımızdakıları bizdən uzaqlaşdıra, hətta diksindirə bilər. Gigiyenik təmizlik bizim sağlam həyat sürməyimiz üçün də vacib şərtlərdən biridir. Unutmayaq ki, sağlam ruhlar ancaq sağlam bədənlərdə yaşayırlar.

Qidalarımızın təmizliyi – Qədim şərqlilər nahaq yerə "Nə yeyirsənsə, ona da çevrilərsən" deməmişdilər. Düzgün və təmiz qidalanma sağlam həyatın rəhnidir. Yemək yeyərkən sadəcə onun ləzzətinə deyil, eyni zamanda qida təhlükəsizliyi qaydalarına uyğun olub, olmamasına və qida tərkibinin vücudumuza nə qədər faydalı olduğuna diqqət etməliyik.

Düşüncələrin təmizliyi - Böyük Çin filosofu Lao Tszı deyirdi ki, "Düşüncələrinizə diqqət edin, onlar hərəkətlərin başlanğıcıdır". Həyatda hər şey düşüncə ilə başlayır. Düşüncə bir toxumdur. Əməllərimiz beynimizə əkilən düşüncə toxumlarının məhsuludur. Məhsuldan şikayətlənmək istəməyən vaxtında düzgün toxumlar əkməlidir.

Ruhumuzun və qəlbimizin təmizliyi - Ruhumuz bu dünyada sahib olduğumuz ən qiymətli şeydir. Həyatımızı idarə edən də odur. Ruhumuz bədənimizi tərk etdiyi andan etibarən ömrümüz sona çatır. Həyatımızın keyfiyyəti ruhumuzun keyfiyyətinə bağlıdır – ancaq təmiz ruhlar gözəl həyat yaşayamağa qadirdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1034   Tarix: 03 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək üzümlü detoks RESEPTİ

Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz. -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür

17.08.2021 1744
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

09.09.2021 1723
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311