Ronaldu futbol tarixində 3-cü oldu

Ronaldu futbol tarixində 3-cü oldu"Yuventus"un və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu futbol tarixində karyerasındakı qol sayında 3-cü yerə çıxıb.

BiG.AZ goal.az-a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu buna A Seriyasının XXII turunda "Fiorentina" ilə görüşdə etdiyi dubl sayəsində nail olub.

Ronaldu klub və yığmadakı matçlarda bombardirlik göstəricisini 722 topa çatdırıb. O, 720 qola malik almaniyalı Herd Mülleri geridə qoyub.

Təcrübəli forvardı iki braziliyalı - Pele (767) və Romario (734) üstələyir. Ən yaxşı bombardirlər "altılığ"ına macarıstanlı Ferents Puşkaş (706) ilə "Barselona" və Argentina millisinin kapitanı Lionel Messi (705) də daxildir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1085   Tarix: 03 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş