"Əsgərlikdən əvvəl Nüsrət mənə, sonra isə o mənə..." - Alişandan məşhur qəssab haqqında MARAQLI ETİRAF

"Əsgərlikdən əvvəl Nüsrət mənə, sonra isə o mənə..." - Alişandan məşhur qəssab haqqında MARAQLI ETİRAFTürkiyənin tanınmış müğənnisi Alişan illər sonra çox ilginc bir hadisəni etiraf etməli olub.

"Ölkə.Az" Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün dünyaca məhşur qəssab Nüsrət Gökçə illər öncə Alişana şərik qəssab dükanı açmağı təklif edib, ancaq o, bu təklifi rədd edib: "Ara-sıra Nüsrətin qəssab dükanının qarşısında keçirəm və çox heyfsilənirəm. Nüsrət bu təklifi sadəcə mənə yox, bir neçə adam edib, ancaq onlar da, bu təklifi rədd ediblər. Öncə onu deyim ki, bu insan çox bacarıqlı və elə ilk günlərdə olduğu kimi çalışır. Hər sabah tezdən qalxıb dükana nəzarət edir. Allah daha çox versin...".

Alişan deyib ki, Nüsrət bu təklifi ona 2009-cu ildə edib: "O zaman tez-tez Nüsrətin işlədiyi məkana gedirdik. Mənə dedi ki, qardaş, təkbaşına bir yer açmaq istəyirəm. Çox da pul lazım deyil, mənə inan, qısa zamanda hər şey yaxşı olacaq. Mən də cavabımda dedim ki, bir aydam sonra əsgər gedəcəyəm və belə bir sərmayə qoymaq niyyətim yoxdur.

Əsgərlikdə olarkən qardaşım mənə zəng edib dedi ki, Nüsrət dükan açıb və işləri "yağ" kimi gedir. Əsgərlikdən qayıtdıqdan sonra Nüsrətin dükanına getdim və bu dəfə mən ona ortaqlıq təklif etdim. Bu dəfə o şərik olmaq istəmədi".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1609   Tarix: 31 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş