Elazığ zəlzələsinin şahidi olan azərbaycanlı: "Düşündüm ki, binadan çıxa bilməyəcəyəm" - VİDEO

Elazığ zəlzələsinin şahidi olan azərbaycanlı: "Düşündüm ki, binadan çıxa bilməyəcəyəm" - VİDEOSəhər imtahanım vardı. Axşam evdə gəzə-gəzə sualları oxuyurdum. Qəfil bina silkələndi. Əvvəl elə bildim yorğunluqdan başım gicəllənir. Amma sonra binanın silkələnməsindən divana yıxıldım. Bir anda qışqırıq səsləri eşitməyə başladım. Yıxıldığım yerdən qalxıb, evdən çıxmaq istəyirdim ki, daha bir təkan məni yerə yıxdı. Bütün şəhərin işıqları söndü. Binadan çıxa bilməyəcəyimi düşündüm.

Bunu Oxu.Az-a açıqlamasında Türkiyənin zəlzələ baş vermiş Elazığ vilayətindən təxliyyə edilən, Fırat Universitetinin Məktəbəqədər təhsil fakültəsinin üçüncü kurs tələbəsi Günel Binnətli deyib.

Onun sözlərinə görə, hadisə baş verən zaman bina o qədər güclü silkələnib ki, oradan çıxa bilməyəcəyini düşünüb:

"Axşam saat 9-a qalardı. Növbəti gün imtahanım vardı. Evdə gəzə-gəzə sualları oxuyurdum. Bir anda bina silkələndi və mən divana yıxıldım. Yenidən qalxmaq istəyəndə daha bir təkan baş verdi və mən yıxıldığım yerdən qalxa bilmədim.

Heç bir neçə saniyə keçmədi ki, bütün şəhərin işıqları söndü. Qaranlıqda o qorxu və təlaşla yerdən qalxmağa çalışdım. Çətinliklə də olasa telefonumu və evin açarını tapıb, binadan çıxdım. Mən binadan çıxanda pilləkən boyunca divarlar çatlamağa başladı. Orada yaralı insanlar vardı, özümü toplayıb onlara kömək etdim. Birlikdə binadan çıxdıq".

G.Binnətli deyir ki, Prezident İlham Əliyevin Turkiyənin Elazığ vilayətində təhsil alan tələbələrin təhlükəsiz təxliyyəsi üçün tapşırıq verdiyini eşidəndə çox sevinib:

"Binadan çıxdıqdan sonra Türkiyə höküməti bizi yaxınlıqdakı idman komplekslərinə apardı. İnsanlara adyal, isti yeməklər, çay verdilər. Səhərə qədər zəlzələ davam etdi. Bizim evin yanındakı bina uçdu. Mən səhər yenidən evə girib pulumu, xarici pasportumu götürmək istədim. Həmin an yenidən 4-5 bal gücündə zəlzələ oldu.

O an düşündüm ki, bir dəfə Allah qorudu, bu dəfə deyəsən, çıxa bilməyəcəyəm. Qorxudan ayaqlarım tutuldu. Bədənim əsməyə başladı. Amma tez tərpənib binadan çıxa bildim. Sonra təhlükəsizlik üçün heç kimi binaya buraxmadılar.

Bizə deyəndə ki, Prezidentimiz İlham Əliyev azərbaycanlı tələbələrin ərazidən təxliyə edilməsi üçün tapşırıq verib, çox sevindik. Dərhal atama zəng etdim, məlumat verdim. Bizi sağ-salamat Bakıya gətirdilər. Bəzi tələbələr isə gəlmək istəmədiklərini deyib, öz istəkləri ilə orada qaldılar.

Bu gün öz evimdəyəm. Amma gecə səhərə qədər zəlzələ anını görüb, qorxu içərisində yuxudan oyanmışam. Heç kimin bir də o cür dəhşəti yaşamasını istəmərəm".

Onu da qeyd edək ki, G.Binnətli Türkiyədə həm də əlil uşaqlar, daun və autizm sindromlu uşaqların tədrisi ilə də bağlı təhsil alıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1095   Tarix: 29 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19.04.2024 369
.

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi

19.04.2024 409
.

Rusiyada təyyarə qəzaya düşdü - VİDEO

"Tu-22M3" strateji təyyarəsi cümə günü səhər Rusiyanın Stavropol vilayətinin cənubunda qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, bu barədə "İnterfaks" informasiya agentliyi Rusiya müdafiə nazirliyinə istinadən məlumat yayıb. "Stavropol vilayətində döyüş tapşırığını başa vurduqda

19.04.2024 211
.

İndoneziyada vulkan püskürməsi - VİDEO

İndoneziyada Rvanq vulkanı püskürüb. BİG.AZ xəbər verir ki, partlayışlardan sonra yüzlərlə insan ərazidən çıxarılıb. Həmin videonu təqdim edirik:

19.04.2024 245
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 367
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19.04.2024 376
.

Paşinyan Almaniyanın KfW Bankının nümayəndə heyətini qəbul edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya İnkişaf Bankının (KfW) nümayəndə heyətini qəbul edib. xəbər verir ki, müzakirələr bankın iştirakı ilə Ermənistanda yeni enerji sektoru layihələrinin potensial reallaşdırılması ətrafında gedib. Paşinyan Ermənistan və Almaniya arasında əməkdaşlığın davaml

19.04.2024 172
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 518
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19.04.2024 209