Bir namizəd üçün real və məqsədyönlü platforma uğurludur - Deputatlığa namizədlə müsahibə

Bir namizəd üçün real və məqsədyönlü platforma uğurludur - Deputatlığa namizədlə müsahibə- Özünüz haqqında məlumat vermənizi və parlament seçkilərində iştirak etmənizin ilkin səbəbini bilmək istərdik.

- Mən Emin Rasif oğlu Həsənov 5 avqust 1990 - cı ildə Zəngilan şəhərində anadan olmuşam. 2008- ci ildə BDU- nun hüquq fakultəsinə daxil olub, həmin ali məktəbi müvəffəqiyyətlə bitirmişəm. Təhsilimi Almaniyanın Münhen şəhərində yerləşən, dünyanın ən tanınmış elmi-tədqiqat mərkəzlərindən, nüfuzlu ali təhsil müəssisələrindən biri olan Lüdviq-Maksimilian Universitetinə hüquqşünaslıq ixtisası üzrə magistraturaya qəbul olaraq davam etdirmişəm. 2016- cı ildə Universiteti bitirmişəm.

Təhsilimi alman dilində davam etdirdiyim üçün tələbə olarkən Almaniyanın Münhen şəhərindəki Ehlers, Ehlers and Partner, Junica kimi hüquq bürolarında işləməyə başladım. Təhsilimi müvəffəqiyyətlə bitirdikdən sonra isə Münhenin ən qabaqcıl hüquq bürosunda fəalliyyətə başladım və uzun muddət həmin büro ilə əməkdaşlığa davam etdim. Almaniyada olduğum müddətdə diaspora fəaliyyətini təşviq etməyə başladım. Almaniyada ümumilikdə 2 il oxumuşam, 3 il yarım "Sanas" şirkətində işləmişəm. 2018-ci ildən Almaniya-Azərbaycan Gənclər Təşkilatının sədriyəm. Alman, ingilis, rus və türk dilləri olmaqla 4 xarici dili mükəmməl bilirəm.
Seçkilərdə iştirak etməyimin ilkin səbəbi cənab Prezidentimizin çıxışı olub. O çıxışında bu dəfəki parlamentdə daha perspektivli, enerjili gənclərə yer verilməsinin səmərəli ola biləcəyini qeyd edəndən sonra mən də ruhlandım. Bilirsiniz ki, son illər ölkədə bütün sahələrdə olduğu kimi hüquqi sahədə də mühüm islahatlar aparılır. Bu islahatlar hüquq və sosial həyatın müxtəlif istiqamətlərini əhatə edir. İslahatların məqsədyönlü xarakter daşıdığını və effektiv olduğunu düşünürəm. Yaşımın az olmağına baxmayaraq bu islahatlarda mən də yaxından iştirakçı olmaq və xalqın səsverməsi ilə parlament seçkilərində Milli Məclisin nümayəndəsi kimi çıxış etməyi özümə şərəf bilirəm.
Bir namizəd üçün real və məqsədyönlü platforma uğurludur - Deputatlığa namizədlə müsahibə- Bu sahədə özünüzü perspektivli hesab edirsiniz? Hansı xüsusiyyətlərinizə görə?

- Əlbəttə özümü perspektivli hesab edirəm. Təhsilimə, xarakterimə və öz namizədliyimi irəli sürdüyüm dairənin insanlarının içərisində olan nüfuzuma görə inanıram ki, seçiçilər məni dəstəkləyəcək. Düşünürəm mənim hüquqşünas olmağım məni daha da perspektivli edir. Fikrimcə savadlı mütəxəssislərə daha çox yer verilməlidir. Bildiyiniz kimi Milli Məclis dövlətin qanunvericilik qoludur və orda hüquqşünaslara daha çox ehtiyac vardır.

- Bildiyimiz kimi, bu il "Könüllülər ili" elan edilib. Bir gənc kimi parlament seçkilərində qalib gəlsəniz seçicilərinizə nələri vəd edə bilərsiniz ?

- İlkin olaraq qeyd edim ki, deputatın vəzifəsi seçildiyi dairədən onu seçən insanların problemlərini, şikayətlərini dinləmək və Milli Məclisdə həmin problemi əks etdirən məsələni qaldırmaq, həlli istiqamətində işlər görməkdir. Kiməsə ev alıb-vermək, maddi yardım etmək deputatın vəzifəsi deyil. Mən insanlara onların hər xırda problemləri ilə yaxından tanış olacağıma söz verirəm.
Əgər bu seçkilərdə qalib olsam, seçildiyim dairədən olan yerlərdə pulsuz Hüquqi Yardım Mərkəzlərinin yaradılması ilə bağlı qanun təşəbbüsü irəli sürəcəm. Bunun effektiv olacağı və Milli Məclisdə qəbul olunacağını düşünürəm. Bundan əlavə məcburi köçkünlərin yerləşdiyi dairədən olan insanların problemlərini əks etdirən sosial yönümlü qanun təşəbbüsü ilə də çıxış edəcəyəm.

Bir namizəd üçün real və məqsədyönlü platforma uğurludur - Deputatlığa namizədlə müsahibəPlatformamda gənc və peşəkar hüquqşünas olaraq həyata keçirməyi nəzərdə tutduğum məqsədyönlü işlərə təkcə sosial yönümlü qanunvericilik layihələrinin təşəbbüsü və Məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə pulsuz hüquqi yardım mərkəzlərinin yaradılması ilə bağlı qanunvericilik təşəbbüsü daxil deyil. Təqdim etdiyim platformada həmçinin seçicilərin müdəmadi olaraq qəbulu və problemlərinin ədalətli həllinə nail olunması, yeni çağırışlara və müasir tələblərə cavab verən qanunvericilik layihələrinin təşəbbüsü, Qarabağ həqiqətlərinin beynəlxalq təşkilatlarda səsləndirilməsi və dünya ictimaiyyətinə çatdırılması, Zəngilan və Qubadlı şəhidləri və ümumiyyətlə şəhidlərimizin adının əbədiləşdirilməsi ilə bağlı səmərəli və praktiki tədbirlərin həyata keçirilməsi işləri də öz əksini tapır.

- Seçicilər ilə təması necə təşkil edirsiniz? Bu vaxta qədər neçə görüş təşkil etmisiniz?

- Düşünürəm seçicilərlə mütəmadi olaraq təmas yaratmaq mütləq şərtlərdəndir. Real və şəffaf ünsiyyət, ən əsası da məqsədyönlü platforma bir namizəd üçün daha uğurlu ola bilər. Seçicilərlə hər gün görüşlərim olur. Bəlkə də indiyə qədər 100- 150 evdə görüşdə olmuşuq. Dövlət tərəfindən bizə ayrılan 4 görüş olub. Bu görüşlərin keçiriləcəyi yerlər ödənişsiz olur. Seçicilərimizin təxminən yarısı Sumqayıt şəhərində yaşayır. Görüşümüzün ikisi Sumqayita, ikisi Masazıra təyin edilib.

- Parlament seçkilərində özünüzü nə qədər şanslı hesab edirsiniz

- Hazırda bilirsiniz saytlarımızda insanların seçkiyə olan münasibətini öyrənmək üçün onlayn səsvermə mövcuddur. Həmin səsvermədə hələki ön sıradayam. Özümü həm gənc olduğum, həm də seçicilər tərəfindən dəstəkləndiyim üçün şanslı hesab edirəm.

- Fevralın 9- da keçiriləcək parlament seçkilərində sizə uğurlar arzu edirik!

- Təşəkkür edirəm.

Bir namizəd üçün real və məqsədyönlü platforma uğurludur - Deputatlığa namizədlə müsahibə


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2196   Tarix: 29 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608