Xəzərdə Azərbaycan gəmisi batdı - FOTOLAR

Xəzərdə Azərbaycan gəmisi batdı - FOTOLARDövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

BiG.AZ DSX-ya istinadən xəbər verir ki, 25 yanvar tarixində saat 21:00 radələrində Xəzər dənizinin cənub istiqamətində Salyan reydində sahildən 3,5 mil (6 km) məsafədə olan "İdris" balıqçı gəmisindən gəmidə dəliyin əmələ gəlməsi, gəminin batma təhlükəsi ilə üzləşməsi və heyət üzvlərinin xilas edilməsinə ehtiyacın olması ilə bağlı DSX Sahil Mühafizəsinin yaxınlıqdakı sahil nəzarəti bölməsinə məlumat daxil olub.

Sahil nəzarəti bölməsi tərəfindən dərhal operativ tədbirlər həyata keçirilərək xilasetmə üçün həmin istiqamətə kiçik həcmli üzmə vasitəsi göndərilib. Gəmidə dəliyin böyük olması səbəbindən daxil olan suyun qarşısını almaq mümkün olmayıb və 4 balıqçı 22:15 radələrində xilas edilib. Saat 23:00 radələrində gəminin batması müşahidə olunub.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin hərbi qulluqçuları tərəfindən xilas edilmiş şəxslərin Neftçala rayon sakinləri gəmi kapitanı 1958-ci il təvəllüdlü Talıbov Ələsgər Məmmədəli oğlu, mexanik 1963-cü il təvəllüdlü Mikayılov Əlimədət Ağasadiq oğlu, matros 1962-ci il təvəllüdlü Əhmədov Ələddin Tapdıq oğlu, matros 1982-ci il təvəllüdlü Novruzov Əsgər Məhərrəm oğlu olmaları müəyyən edilib.

Xəzərdə Azərbaycan gəmisi batdı - FOTOLARXəzərdə Azərbaycan gəmisi batdı - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1466   Tarix: 28 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nazpəri Dostəliyeva: "500 manat verib trenddə olurlar"

"Bir axındır gəlir. Bu sənəti, işi bilməyənlər, hamı əlinə mikrofon alıb səhnəyə qaçırlar. Düzdür sənətkarlar efirə çıxanda Azərbaycan musiqisini olduğu kimi təqdim edirlər. Amma günah bizdədir. Çünki gec-gec çıxırıq, ona görə də meydan qalıb uşaqlara. Onlar gənclərimizdir, oxusunlar. Deməsinlə

15.04.2024 102
.

Xanım Qafarovanın qızı: "İnsanın ana-atasını kiçik yaşda itirməsi çox ağırdır, indi nənəm də..."

"Aprelin 5-də nənəmin 85 yaşı tamam oldu. Evdə müalicə alır. Həkimlər deyir ki, yaş öz sözünü deyir, bundan sonra çətin ayağa qalxıb gəzə bilsin. Yataq şəraitindədir. Ayağının hər ikisi qırılıb. Evin içində gəzəndə gecə vaxtı yıxılıb bir ayağını qırmışdı. Gəzməyə çalışanda əlindəki əsası yerə düşüb

15:18 0
.

"Cavab kartı yalnız şagirdə verilən zaman texniki səbəbdən yararsız olduqda dəyişdirilə bilər" - Elşən Qafarov

İmtahan prosesinin ən vacib hissəsi düzgün cavabların cavab kartına köçürülməsidir. Abituriyentlər bəzi sualları səhv köçürmək nəticəsində bal itirirlər. Cavab kartları hər şagirdin adına bir dəfə çıxarılır. Bəs alternativ cavab kartlarına ehtiyac varmı?. Mövzu ilə bağlı -a danışan təhsil eksperti Elşə

15.04.2024 352
.

Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO

"Hazırda Xocalı şəhərində, Malıbəyli kəndində, həm də Xankəndidə məktəb infrastrukturu ilə bağlı işlərimiz gedir". Bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-də yayımlanan, Vüsal Mətləbin müəllifi olduğu "Sözümüz imzamızdır" verilişində deyib. Nazir bildirib ki, bölgələrimizi

12:20 0
.

Məleykə Abbaszadə: "Yüksək bal toplayanların çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək səhvdir"

"Buraxılış imtahanında yüksək bal toplayanların sayının çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək tamamilə səhv fikirdir. İmtahanın çətinlik dərəcəsi əvvəlcədən necə elan olunursa, elə o səviyyədə də təqdim edilir. Ötənilki imtahanla builki imtahanın məzmununu müqayisə etdikdə, çətinli

16:28 0
.

Bərpasına 846 milyon avro xərcləndi - Fotolar

Fransanın paytaxtı Parisdə 5 il əvvəl yanğın zamanı zərər görən məşhur Notr-Dam kilsəsinin dekabrda yenidən açılışı planlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Xəbərdə qeyd edilib ki, kilsənin bərpasına cavabdeh olan ictimai təşkilat, "Rebatir Notre-Dame d

15.04.2024 156
.

"Gürcüstanda feminizm, LGBT hüquqları adı altında siyasi təzyiq göstərməyə çalışırlar" - Politoloq

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisidə "Xarici agentlər" haqqında qanuna qarşı keçirilən etiraz aksiyasında 14 nəfəri saxlayıb. Məlumata görə, onlar ictimai asayişi pozub, asayiş keşikçilərinə müqavimət göstərib, habelə polis əməkdaşlarını təhqir ediblər. Mövzu ilə bağlı -a danışa

11:07 0
.

Xəzər Tibb Mərkəzində xəstəyə işgəncə verilib? - RƏSMİ AÇIQLAMA + FOTO

Mərdəkanda yerləşən 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının (Xəzər Tibb Mərkəzi - red.) Reanimasiya şöbəsində gecə növbəsində olan tibb bacılarının xəstənin əl-qolunu bağlayaraq, ona işgəncə verdikləri iddia olunur. Bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb. Məsələ ilə əlaqədar -ın sorğusun

15.04.2024 301
.

Meksikada helikopter qəzaya uğrayıb: 3 nəfər ölüb

Meksikanın Koyoakan bölgəsində helikopter qəza edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində pilot da daxil olmaqla 3 nəfər ölüb. Qəzadan sonra yanğın baş verib. Bölgəyə axtarış-xilasetmə qrupları cəlb olunub. Hadisə şahidlərinin sözlərinə görə, pilot son anda manevr edib ki, helikopter yaşayış məntəqəsin

09:59 0