Əməkdar artist ölən həyat yoldaşı barədə: O dünyadan gəlmişdi...

Əməkdar artist ölən həyat yoldaşı barədə: O dünyadan gəlmişdi...

Əməkdar artist Süleyman Abdullayev (Dədə Süleyman) "Şou ATV"yə 4 il öncə dünyasını dəyişən xanımı barədə danışıb.

Milli.Az xəbər verir ki, 80 yaşlı xanəndə mərhum həyat yoldaşının həm də onun həkimi olduğunu qeyd edib:

"Kişilər yaşlananda arvaddan tez ölsə yaxşıdır. Məni o saxlayırdı. Mənim oxumağımın deyərdim 90 faizini o oxudub. Qoymazdı məni hirslənməyə, qoymazdı ayrı həkimə gedim. Özü həkim idi, özü bilirdi. Mən də gedəcəm onun yanına, burada darıxmağın mənası yoxdur. Mən ölümdən qorxan deyiləm. Nə vaxt ölüm vaxtım gəlsə, Allah nə vaxt canımı alsa, yəqin onun yanına gedəcəm. Ayrı yerim yoxdur. Uşaqlarıma deyirəm "Anan yuxuma gəlmişdi". Biri belə deyir, biri belə deyir. O dünyadan gəlmişdi ki, məni də apara. Gələn gəlir aparmağa da. Mən də xahiş etdim ki, "Hələ məni aparma. Qoy bu uşaqları bir tərəfə çıxardım"".

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1292 Tarix: 28.01.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər

0.036