Eldar yaşıla boyatdığı saçlarından danışdı: "Novruz bayramına xeyli zaman qalsa da..."

Eldar yaşıla boyatdığı saçlarından danışdı: "Novruz bayramına xeyli zaman qalsa da..."Xarici mahnılardan xəbəri olmayan müğənnilər "Avroviziya"ya getmək istəyirlər.

Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycana 2011-ci ildə "Avroviziya" sevinci yaşadan müğənni Eldar Qasımov deyib. O, bəstəkar-müğənni Murad Arifin sözügedən musiqi yarışmasında Azərbaycanı təmsil etmək istəyinə bu cür reaksiya verdi:

"Avroviziya"ya gedən hər bir müğənniyə dəstəyəm. Fərqi yoxdur. Qoy Murad Arif gedib çıxış etsin, ondan sonra mən sizə bu barədə daha ətraflı fikirlərimi çatdıraram. Bu yarışmaya hamı gedə bilər, amma əsas rəyi sözsüz ki "Avropa" və oranın tamaşaçısı verir. Onlar müğənnini qəbul edib-etməməyi özləri müəyyənləşdirirlər".

İfaları ilə zövq oxşayan E.Qasımov müsahibəsində bayağı mahnılar və onların ifaçılarını özünəməxsus şəkildə şərh etdi:

"Qulaqlarımı incidən mahnılar dəhşət dərəcədə çoxdur. İlk notu eşidən kimi dərhal kanalı çevirirəm. Bayağı mahnıları ifa edən müğənniləri tənqid etməkdənsə, kanalı çevirmək daha yaxşıdır. Xoşuna gəlmir, sadəcə qulaq asma. Biz axı niyə hər şeyi qəlizləşdiririk? Mən bunu anlamıram. İnsanların zövqləri müxtəlifdir. Əgər qarşıma xoşuma gəlməyən, qıcıqlandıran müğənni və ya mahnı çıxırsa, sadəcə, kanalı çevirirəm".

Bu yaxınlarda imici ilə daha dəqiq desək, qısa saçlarını yaşıla boyadaraq izləyicilərini mat qoyan Eldar "Heç kimə əhəmiyyət vermirəm, öz həyatımı yaşayıram" - söyləyərək, fikirlərini bu mövzuda belə davam etdi:

"Mən tənqiddən qorxub, çəkinən müğənni deyiləm. Əsas odur ki, adımı və soyadımı düzgün yazıb, tələffüz etsinlər. Bu mənə bəsdir. Təbii ki, bu dəyişimləri mən özüm üçün edirəm. Sonra da tamaşaçılar üçün. Onların yumor hissini yüksəltmək üçün saçımı yaşıla boyadım. Və ya kimisə qıcıqlandırmaq üçün. Saçlarımı yaşıla boyasam da, bu mənim daxili dünyamı əks etdirmədiyi üçün onları əvvəlki görkəmə qaytardım.

Bu sadəcə gözəllik salonunun və mənim aksiyam idi. Novruz bayramına xeyli zaman qalsa da, mən bu saç düzümünü "Səməni" adlandırdım. Amma "küknar" ağacına da çox oxşayırdı. Həm də düz kəkilli saç düzümü istəyirdim, bunu da sınadım. Gündəlik yaşıl rəngli saçlarla gəzə bilmədiyim üçün yenidən saçımı başqa rəngə boyadım".

Hər şənbə-bazar AzTV-də yayımlanan "Telesəhər" proqramında özünü həmkarı Nigar Camal ilə birgə aparıcı kimi sınayan Eldar bu işin məsuliyyətindən danışıb, sinəsinə döyüb, mənəm-mənəmlik etdi:

"Aparıcı olmaq gözəl və fərqli bir hissdir. Aparıcılığa namizəd deyiləm. Bu sadəcə, həyatımda yeni mərhələ və səhifədir. Aparıcılıq dərsləri alıram. Mənim üçün çox maraqlıdır. Nigarla mənə "Telesəhər" proqramını aparmaq təklif olunanda söylədik ki, bizə çətin olacaq, axı bizim Azərbaycan dilimiz yüksək səviyyədə deyil. Amma bu işin də öhdəsindən gəlməyə var gücümüzlə çalışırıq. Dilimizi inkişaf etdirmək üçün Azərbaycan dilində çoxlu kitablar, qəzetlər oxuyuruq. Evdəkilər bizi efirdən izləyib, ruh verirlər. Bu verilişin digər günlərdəki aparıcıları bizə dəstək verirlər və köməkliklərini əsirgəmirlər. Onlar bizə doğru istiqamət verirlər".

"İncəsənət nümayəndələri həmkarlarının uğuruna sevinməkdənsə, işlərinə pəl vururlar. Aparıcı olduqdan sonra sənət yoldaşlarınızdan özünüzə qarşı paxıllığı və kin-küdürəti hiss edirsiniz?" - sualı Eldar Qasımovu dilə gətirdi:

"Biz "Avroviziya"dan qayıtdıqdan sonra bir çox müğənnilərdən özümüzə qarşı paxıllıq, kin-küdurət görürük. Şəxsən mən Azərbaycanı istənilən sahədə təmsil edən insanın uğurlarına çox sevinirəm, kompleksiz insanam. Həyatımda çox şeyə nail olmuşam. Ona görə də insanlara yalnız uğur arzu edirəm. Amma özümə qarşı olan paxıllıqları da hiss edirəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1547   Tarix: 28 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225