Evə qadın gətirən kişinin qızı: "Atam anamı sürünməyə məcbur etdi..." - Şok

Evə qadın gətirən kişinin qızı: "Atam anamı sürünməyə məcbur etdi..." - ŞokAbşeron rayonunda arvadını intihar həddinə çatdırmaqda ittiham olunan Salyan rayon sakini, 1982-ci il təvəllüdlü Səid Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərtidir – red.) məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Səid Məmmədov rəsmi nikahda olub birlikdə yaşadığı, ondan maddi cəhətdən asılı olan arvadı Məlahətə qarşı mütəmadi olaraq amansız rəftar etməklə onu döyüb, həmçinin ləyaqətini alçaltmaqla və hədə-qorxu gəlməklə zərərçəkmiş şəxsi özünü öldürmə həddinə çatdırıb.

Arvadına işgəncə verdi

Səid Məmmədov Məlahətlə evli olduqları dövrdə ona dəfələrlə xəyanət edib. Qeyri-rəsmi yaşadığı və sevgi münasibətində olduğu İlhamə Səlimova ilə bir evdə yaşamalı olduqlarını bildirib.

Bundan sonra o, Məlahətin valideynləri ilə görüşməsinə icazə verməyib, daim mənəvi-psixoloji təzyiq altında saxlayıb, mülkiyyətində olan evdən çıxarılacağı, həmçinin qardaşı Nazim Babayevi və atası Eldarı öldürəcəyi ilə hədələyib.

10 il davam edən işgəncənin sonu

Səid Məmmədov mübahisələr zamanı arvadının şəxsiyyətini və ləyaqətini mütəmadi olaraq alçaldıb, 2016-cı ildən 4 aprel 2018-ci ilə, yəni hadisə olan günə kimi onu müntəzəm döyərək işgəncə verib.

Aprelin 4-də saat 15 radələrində Məlahətin qardaşı Nazim Babayev Səid Məmmədovu İlhamə Səlimova ilə yaşadıqları küçədə bir maşında görüb.

Səid Nazimi öldürəcəyi, ailə üzvlərini məhv edəcəyi hədəsi ilə Məlahəti işlədiyi yerdən evə çağırıb, onunla mübahisə edib, döyərək işgəncə verib.

Evin mansarında özünəqəsd

Bu hadisədən dərhal sonra Məlahət Məmmədova Abşeron rayonu Xırdalan şəhərindəki evin mansarına çıxıb, tavandakı taxta atmadan sintetik material parça ilə asaraq intihar edib.

İstintaq orqanı tərəfindən Səid Məmmədovun barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham elan edilib.

"Atası ilə aramızda narazılıq oldu"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səid Məmmədov özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyib. Bildirib ki, 2008-ci ildə Məlahətlə rəsmi nikah bağlamaqla evlənib, birgə nikahdan 2 qız övladları olub: "2013-cü ilə kimi başqa ünvanlarda yaşamışıq, hadisədən təxminən 4 il qabaq Xırdalan şəhərindəki evə köçdük. Ev Məlahətin atasının qonşuluğunda yerləşir. Həmin evə köçdükdən sonra mənim Məlahətin atası ilə aramızda narazılıq yarandı. Bunlardan biri qonşuluqda yaşayan İlhamə Səlimova ilə yaxınlıq etməyim oldu".

"Mənə evli olduğunu dedi"

Cinayət işi üzrə şahid qismində ifadə verən İlhamə Səlimova bildirib ki, Yasamal rayonunda yerləşən 2 nömrəli tibb texnikumunda təhsil alıb, hadisədən təxminən 4 il öncə 2015-ci ildə texnikumun 1-ci kursunda oxuyarkən praktikaya gedən zaman yaxınlıqda təmir gedən evlərdən birində işləyən ustalardan biri onun ardınca düşüb, onu izləyib: "3 aydan sonra yaxınlaşaraq həmin şəxs mənə məktub verdi. Səid özünü mənə həmin evdə işləyən usta kimi təqdim etdi. Səidlə tanış olduqdan sonra telefonla bir müddət danışdıq. Münasibətlərimiz inkişaf etdi, Səid mənə evli olduğunu dedi, lakin kiminlə evli olduğunu, kimin kürəkəni olduğunu söyləmədi".

"Hər cür cinsi əlaqədə olmuşam"

İlhamə Səlimovanın sözlərinə görə, Səidin evli olduğunu biləndən sonra onunla danışmayıb: "Lakin Səid məndən əl çəkmədi, gəlib məni tapdı. Səidlə sevgi münasibətində olmuşam. Ailəsində mənimlə münasibəti olduğu üçün mübahisələrin düşdüyünü bilmişəm. Səidlə ər-arvad kimi yaşamışam, onunla müxtəlif cür, həm təbii yolla, həm də qeyri-təbii yolla cinsi əlaqədə olmuşam".

İlhamə Səlimova qeyd edib ki, dəfələrlə Səidin hazırda yaşadığı evə gedib, orada görüşüblər: "Hadisə baş verən gün Səidlə görüşməyi planlaşdırdıq. Onunla mesajlaşdıq, Səiddən məni AAF yaşayış kompleksinə aparmağını istədim. O məni yaşadığım evin yaxınlığında dalandan götürdü. Bu vaxt bizi Nazim Babayev gördü.

O, avtomobildən aramsız siqnal verməklə bizim olduğumuz maşını saxlatdı. Düşüb bizim maşınımıza yaxınlaşdı. O, Səidə: "Əxlaqsızdan əl çəkə bilmədin?", - deyə bildirdi. Bundan sonra getdi. Bu söz Səidə pis təsir etdi. Səid məni AAF-a aparmaqdan imtina etdi. Məni işə düşürdü, özü isə Nazimlə danışmağa getdiyini dedi".

"Mənə qulaq asmadı"

İlhamə Səlimovanın ifadəsinə görə, bundan sonra Səidlə "Whatsapp"la danışıb: "Səid yazılarında Nazimi, Məlahəti və qohumlarını təhqir etdi. "Gör onların başına nə oyun açacam, gör onlara necə od qoyacam, Nazimi güllələyəcəm, tüfəngi götürmüşəm", - kimi sözlər yazdı.

Səid Məlahəti evə çağırıb, onunla olan münasibətinə nöqtəni qoyacağını, məsələni həll edəcəyini dedi.

Onun belə əsəbi, hikkəli danışığı məni qorxutdu. Ona görə də Səidi sakitləşməyə, heç nə etməməyə çağırdım. Amma mənə qulaq asmadı".

"Ayılanda özümü xəstəxanada gördüm"

İlhamə Səlimova qeyd edib ki, həmin gün Nazim Babayev onun Səid Məmmədovla münasibətləri barədə qardaşına məlumat verib: "Bu səbəbdən özümü öldürmək qərarına gəldim. Əvvəlcədən işlədiyim aptekdə hazırladığım dərmanları iş yoldaşım getdikdən sonra içdim. Ayılanda özümü xəstəxanada gördüm.

Dərman içməmişdən öncə Səid mənə Məlahətin özünü asdığını demişdi. Səidin hadisə baş verən gün əsəbi olması və Məlahətlə Nazimlə haqq-hesab çəkəcəyi barədə hədə dolu danışığı əsasında Səidin təsirindən Məlahətin özünü asmış ola biləcəyini düşündüm".

"Atam anamı evdə süründürürdü"

Cinayət işi üzrə Səid Məmmədovun azyaşlı qızı Səbinə də ifadə verib: "Atam anamı döyüb, ancaq hansı səbəbdan dalaşdıqlarını bilməmişəm. Atam bir dəfə anamla mübahisə edəndə əlində bıçaq vardı.

Atam bizi babamgillə görüşməyə qoymurdu. Mənə doqquz yaşında namaza başlayacağımı, başıma yaylıq bağlayacağımı deyirdi.

Bir dəfə atam anamı vurmaq istəyəndə anam bıçaq götürdü, üstünə gəlməməsini istədi.

Bir dəfə də anamın evdə süründüyünü gördüm. Anamın evdə sürünməsini atam tələb edirdi. Anam ilə atamın arasında tez-tez mübahisələr olub".

6 il 6 ay cəza

Abşeron rayon Məhkəməsinin hökmü ilə Səid Məmmədov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Səid Məmmədov apelyasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib. Məhkəmə şikayəti təmin etməyib.

Bu qərardan narazıqalan Səid Məmmədov kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. İş araşdırılması üçün hakim Əli Seyfəliyevin icraatına verilib.

Yaxın günlərdə Səid Məmmədovun bəraət istəməsi barədə verdiyi kasasiya şikayətinə Ali Məhkəmədə baxılacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2602   Tarix: 28 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 179
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25.04.2024 843
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25.04.2024 325
.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 126
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25.04.2024 514
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 622
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

25.04.2024 613
.

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub

İsrailin Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücum nəticəsində daha bir jurnalist ölüb. Bu barədə Qəzza hökuməti məlumat yayıb. Məlumata əsasən, Fələstin əl-Ən Xəbər Agentliyinin işçisi Məhəmməd Bisam əl-Cəməl İsrailin Rafah şəhərindəki evinə endirilən hava hücumu nəticəsind

25.04.2024 148
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 283