Məşhur aktrisa Meksikada yoxa çıxıb

Məşhur aktrisa Meksikada yoxa çıxıb

63 yaşlı aktrisa Natalya Andreyçenko Meksikada yoxa çıxıb.

Axşam.az xəbər verir ki, sənətçi bir gündən çoxdur heç bir telefon zənglərinə cavab vermir. Yaxınları onunla əlaqə qura bilmirlər. Bu haqda onun meneceri məlumat yayıb.

Bildirib ki, Nataliya şənbə günü rəfiqəsi Kankunenin evinə getmək üçün yola çıxıb. O, yorğun və halsız olub. Maşına oturduğu andan onunla bütün əlaqələr kəsilib.

"Mənə dərhal məlumat verdilər. Həmin andan onun Rusiya və Amerika nömrəsinə zəng edirəm, amma bağlıdır. hazırda onun oğlunu tapmağa çalışırıq" deyə, menecer söyləyib.

Nataliya 10 ildən çoxdur ki, Meksikada yaşayır.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 476 Tarix: 27.01.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol