Azərbaycanda kino sahəsində yenilik-AÇIQLAMA

Azərbaycanda kino sahəsində yenilik-AÇIQLAMABir qrup kino adamı Azərbaycan kinosunun inkişafı naminə "Müstəqil Kino Platforması" təsis edib.

BiG.AZ xəbər verir ki, bu barədə məlumat verən rejissor Elvin Adıgözəl bildirib ki, Aygün Aslanlı, Elvin Adıgözəl, İntiqam Hacılı, Hacı Səfərov, Səbuhi Məmmədov və digərləri – səlahiyyətli orqanlara "ölkədə az büdcəli, müstəqil qeyri-kommersiya filmləri" ilə bağlı konsepsiya hazırlayaraq müraciətdən sonra bununla kifayətlənməmək və yerli kinomuzda ciddi dəyişikliklərə nail olmaq üçün fəaliyyətlərini genişləndirməyə qərar verib və bu məqsədlə də Müstəqil Kino Platforması təsis ediblər.

Müstəqil Kino Platformasının məramnaməsində deyilir:

"Bu gün dünya kino industriyası sürətlə inkişaf edir, Azərbaycan kinosu isə hələ də qlobal kino mühitində gedən proseslərlə, ayaqlaşa bilmir. Biz hələ də kino sənayemizi formalaşdıra bilməmişik. Məsələ ilə bağlı illərdir müzakirələr aparılsa da, islahatla bağlı təkliflər irəli sürülsə də, prosesi dəyişəcək heç bir uğurlu nəticə yoxdur. Bir neçə filmin dünyadakı film festivallarına çıxması, hansısa uğur qazanması epizodik xarakter daşıyır və ölkəmizdə kinoindustriyanın formalaşmasına, kino adamlarının hamısına bərabər şərtlər təmin edilməsinə heç bir təsiri yoxdur. Mədəniyyət Nazirliyinin balansında olan "Nizami" Kino Mərkəzini nəzərə almasaq, hazırda ölkəmizdə kinoteatr adına yalnız ticarət mərkəzlərində yerləşən kinosalonlar fəaliyyət göstərir. Onların repertuarları isə çoxbüdcəli yerli və xarici kommersiya filmlərindən ibarətdir. Bu hal həm fərqli üslubda film çəkənlərin platformasızlığına, həm də ölkəmizdəki istedadlı prodüserlərin, rejissorların və digər sənət adamlarının çarəsiz vəziyyətə düşməsinə səbəb olur. Müstəqil Kino Platformasının yaradılmasında məqsəd ölkəmizdə kinonun inkişafı istiqamətində prosesi hərəkətə gətirmək, dünya kinosu ilə ayaqlaşa biləcək kinoindustriya yaratmaqdan ötrü gərəkli islahatların aparılmasına nail olmaqdır. Müstəqil Kino Platforması - ölkəmizdə normal kino industriyasının olması, qeyri kommersiya filmlərinin istehsalı anlayışının ortaya çıxması, kino sahəsində çalışanların müstəqil, maneəsiz şəkildə fəaliyyət göstərməsi, təkcə kütləvi tamaşaçıya ünvanlanmayan, eyni zamanda Azərbaycan kinematoqrafiyasına töhfə verəcək filmlərin çəkilməsi və bilet satışları təmin edilməklə kinoteatrda göstərilməsi üçün çalışan, kinomuzun, sözün əsl mənasında, inkişafına xidmət edən konsepesiyaları dəstəkləyən bir qrup müstəqil kinematoqrafçı tərəfindən təsis olunub. Məqsədimiz "Müstəqil Kino Platforması" altında təşkilatlanmaq, dünyəvi tələbatlara cavab verən kino industriya qurmuş ölkələrin təcrübələrini öyrənmək və onların ölkəmizin şərtlərinə uyğunlaşdırılaraq tətbiqinə nail olmaq, müasir qeyri-kommersiya kinosunun istehsalı, ölkədaxili prokatı və satışını, azbüdcəli filmlərin istehsalının kütləviləşməsini təmin etmək, kino adamlarının yaradıcı fəaliyyətlə məşğul olmaları üçün normal şəraitin əldə olunması uğrunda mübarizə aparmaqdır".

Azərbaycanda kino sahəsində yenilik-AÇIQLAMAAzərbaycanda kino sahəsində yenilik-AÇIQLAMALamiyə Məmmədova


BiG.Az Telegramda izləyin instagramda izləyin
Kino   Baxılıb: 487   Tarix: 27 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Film heç vaxt romanı tamamlamır" - Aqil Abbas "Dolu" filminindən DANIŞDI

Bu il ölkəmizdə Xocalı faciəsinin 28-ci ildönümü qeyd olunur. Bununla bağlı təşkil olunan tədbirlərdə ermənilərin Xocalıda törətdiklərini əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir. Eyni zamanda televiziya kanallarında Xocalı soyqırımını

25.02.2020 587
.

Kənan MM-in xanımı Aygün türkiyəli məşhurla bir arada- FOTO

Kənan MM-in xanımı Aygün MM sosial şəbəkədə yeni foto paylaşıb. xəbər verir ki, ifaçının fotosunda türkiyəli məşhur müğənni Mahnsun Kırmızıgül də yer alıb. O fotoya belə şərh verib:. "13 ildən sonra yenidən geri dönüş və möhətəşəm musiqilər albomda yer alacaq və bir də böyük sürpriz sizlər üçün

20.11.2019 4642
.

Azərbaycanın ilk internet serialı-"Sayrışan işıqlar"ın tanıtımı paylaşıldı

Azərbaycan Film Akademiyasının istehsalı olan və tibbdən bəhs edən "Sayrışan işıqlar" serialının əsas tanıtımı paylaşıldı. xəbər verir ki, "Sayrışan İşıqlar" tibbi serialı Azərbaycanda ilk internet seriali olmaqla yanaşı Azərbaycan kino sahəsində özünəməxsusluğu ilə digər Azərbayca

06.12.2019 668