İstanbul körpüsündə dəhşətli hadisə - İki sevgili öldü - FOTO

İstanbul körpüsündə dəhşətli hadisə - İki sevgili öldü - FOTO
Bu gün İstanbulda dəhşətli hadisə baş verib.

“15 temmuz körpüsü”ndə Mehmet Keleş adlı şəxs idarə etdiyi avtomobili motosikletə çırpıb. Hadisədən dərhal sonra maşını tərk edən sürücü qaçaraq özünü körpüdən suya atıb.

Hadisə yerinə gələn təcili yardım maşını yaralı motosikletçini xəstəxanaya aparıb. Mehmet Keleşin həyatını isə xilas etmək mümkün olmayıb, o suda boğularaq ölüb. Polis əməkdaşları M.Keleşin avtomobilinə baxış keçirdikdə isə daha dəhşətli hadisənin şahidi olublar. Məlum olub ki, M.Keleş daha əvvəl öldürdüyü sevgilis Ece Alçanın meyitini maşınla harasa aparırmış. Bıçaqlanaraq öldürülən qızın meyiti morqa aparılıb.

Hadisəni törədən Mehmet Keleş intihar etdiyindən onun sevgilisini hansı səbəbdən öldürdüyü qaranlıq qalıb.

İstanbul körpüsündə dəhşətli hadisə - İki sevgili öldü - FOTO
İstanbul körpüsündə dəhşətli hadisə - İki sevgili öldü - FOTO
publika

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3558 Tarix: 26.01.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol