Qudalar qoşulub qaçdı - Toy təxirə düşdü

Qudalar qoşulub qaçdı - Toy təxirə düşdü
Hindistanın Qujarat ştatında maraqlı hadisə yaşanıb.

Övladlarının toyundan bir ay əvvəl qudalar bir-birinə qoşularaq qaçıblar.

Gənclərin bir-birini çox sevməsinə rəğmən ata və analarının bu addımı atması toylarının təxirə düşməsinə səbəb olub.

Məlum olub ki, oğlanın atası və qızın anası illər əvvəl sevgili olublar. Lakin oğlan kasıb, qız isə varlı ailədən olduğu üçün münasibətlərini rəsmiləşdirə bilməyiblər. Qızı ailəsi başqasına ərə verib.

İllər sonra yenidən rastlaşan cütlük bu dəfə ömürlərinin sonunadək birlikdə olmaq qərarına gəliblər və avtobusa minərək ştatı tərk ediblər.

Qeyd edək ki, analoji hal bir müddət əvvəl Azərbaycanda da yaşanmışdı.(axşam)

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 2931 Tarix: 26.01.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər