Bakıda fəhlə hündürlükdən yıxılıb

Bakıda fəhlə hündürlükdən yıxılıb
Bakıda fəhlə tikinti zamanı ağır xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Elxan Quliyev ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub.

E.Quliyevin vəziyyəti ağır olduğundan o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1036 Tarix: 26.01.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 26.01.2020
yazıq (