AZAL: Tələbələr Naxçıvana gətirildikdən sonra xüsusi reyslə Bakıya çatdırılacaq

AZAL: Tələbələr Naxçıvana gətirildikdən sonra xüsusi reyslə Bakıya çatdırılacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş verən zəlzələ bölgəsində təhsil alan azərbaycanlı tələbələrin təxliyəsi üçün tədbirlər görülür.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avtobusla Naxçıvana gətirildikdən sonra tələbələr “Azərbaycan Hava Yolları” tərəfindən xüsusi reyslə Bakıya çatdırılacaq.

Təxliyə olunmuş tələbələrin sayının 80 nəfər olacağı gözlənilir.

Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasının rəhbərliyi məsələni diqqət mərkəzində saxlayır.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 973 Tarix: 26.01.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 26.01.2020



 
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər

0.032