Avro-2020 könüllüləri üçün xüsusi gecə təşkil olunub - FOTO

Avro-2020 könüllüləri üçün xüsusi gecə təşkil olunub - FOTOAFFA tərəfindən 2019-cu ilin iyun ayından etibarən könüllülərin qeydiyyat mərhələsinə start verilib.

"Report" xəbər verir ki, 5 ay ərzində 6797 könüllü namizəd qeydiyyatdan keçib.
Müraciət sayına görə Bakı şəhəri Avropa çempionatı təşkil olunacaq 12 şəhər arasında ən yüksək göstəriciyə sahibdir. 6000-dən çox namizədlə təkbətək müsahibə aparılıb.

Bu oyunlarda fəaliyyət göstərəcək könüllülər üçün bu gün "Elektra Events Hall"da xüsusi gecə təşkil olunub. Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman naziri Azad Rəhimov, AFFA-nın baş katibi Elxan Məmmədov, Avro-2020-nin Bakıda keçiriləcək oyunlarının səfiri Vəli Qasımov, Könüllülər proqramının səfiri Taleh Yüzbəyov iştirak edib. Çıxışlar zamanı Prezident İlham Əliyevin gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ili Azərbaycanda "Könüllülər ili" elan etməsi xüsusi qeyd olunub. Rövnəq Abdullayev və Azad Rəhimov çıxışlarında öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə Avro-2020-yə yeni nəfəs verən könüllülərin və könüllü fəaliyyətinin əhəmiyyətindən bəhs ediblər.

Çıxışlardan sonra Rövnəq Abdullayev, Azad Rəhimov və Elxan Məmmədov tərəfindən Avro-2020-nin Bakını təmsil edən səfiri Vəli Qasımova, həmçinin Bakı Könüllülər Proqramının səfiri Taleh Yüzbəyova ölkə əhəmiyyətli idman tədbirində göstərdikləri dəstək və fəaliyyətə görə mükafatlar təqdim edilib. Eyni zamanda, 4 ən aktiv könüllü hədiyyələrlə təltif olunub. 1500-dən çox könüllünün qatıldığı gecənin sürpriz qonağı isə sevilən müğənni Dilarə Kazımova olub. Daha sonra gecə əyləncə proqramı ilə davam edib.

Avro-2020 könüllüləri üçün xüsusi gecə təşkil olunub - FOTOAvro-2020 könüllüləri üçün xüsusi gecə təşkil olunub - FOTOAvro-2020 könüllüləri üçün xüsusi gecə təşkil olunub - FOTOAvro-2020 könüllüləri üçün xüsusi gecə təşkil olunub - FOTOAvro-2020 könüllüləri üçün xüsusi gecə təşkil olunub - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 828   Tarix: 25 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233