Rafael Ağayev saxladığı sirri açıqladı: Əməliyyat olunduğumu anamdan da gizlətmişdim

Rafael Ağayev saxladığı sirri açıqladı: Əməliyyat olunduğumu anamdan da gizlətmişdimKarate üzrə beşqat dünya və onbirqat Avropa çempionumuz Rafael Ağayevin Oxu.Az-a müsahibəsi:

– Dünən Fransanın paytaxtı Parisdə keçirilən yarışda iki döyüş keçirib, mübarizəni dayandırdınız. Döyüşləriniz barədə fikirlərinizi bilmək istərdim.

– Paris Premyer Liqa yarışında güclülər səbətində yer aldığımdan, ilk döyüşü buraxdım. Ona görə də qazandığım iki qələbə və həmin buraxdığım döyüş mənə üç qələbənin Olimpiya lisenziya xalını verir. 1/4 finalda həmişə qarşılaşdığım Ken Nisimura ilə yox, başqa yapon karateçiyə 2:3 hesabı ilə uduzdum. Pərdəarxası bir çox insanların bilmədiyi şeylər var. Özüm də bilirdim ki, bu yarışa tam formamda gəlməmişəm.

– Çilili idmançı ilə görüşündə sağ dizindən zədə aldınız. Yalnız həkimlərin müdaxiləsindən sonra döyüşü davam etdirdiniz. Bəlkə həmin qoruyub saxladığınız sirri açıqlayasınız...

– Bu barədə ilk dəfə mediaya bildirirəm. 2019-cu ilin dekabrın 30-da İstanbulda əməliyyat olundum. Özüm bunu çox adamdan gizlədirdim. Çünki istəmirdim ki, bu haqda məlumat yayılsın və rəqiblərim bundan xəbər tutsun. Bu, dizimdən artıq üçüncü əməliyyatımdır. Bu yarışa kimi cəmi 4-5 məşq keçə bilmişdim. İnanın ki, əməliyyat olduğumu doğma anam da bilmir. Ondan da bunu gizlətmişdim. Yəqin ki, bu müsahibədən sonra o da biləcək.

– Bəs Türkiyəyə hansı səbəblə getdiyinizi demişdiniz?

– Demişdim ki, dostumu görməyə gedirəm və orda ayağıma iynə vurdurub qayıdacağam. Bilirsiniz ki, hər bir ana kövrək olur. İstəmirdim ki, bunu bilib özünə dərd etsin.

– Bu zədə nə vaxtdan mövcud idi?

– 2014-cü ildə Almaniyanın Bremen şəhərində keçirilən dünya çempionatında İran komandası ilə qarşılaşırdıq. Komanda halında qarşılaşanda səndən yuxarı çəkili idmançı ilə mübarizə aparmalı olursan. Mən də iranlı dünya çempionu, 84 kq-dan yuxarı çəkidə döyüşən Səccad Gənczadə ilə düşdüm. Onda fənd edərkən o ayağımın üstünə düşdü və dizimdə qığırdaq qırıldı. Həmin vaxt 11 ay idmandan uzaq qaldım. O vaxtdan ayağım bloka düşürdü. Sümüyümün birini yonublar, yandırıblar və qığırdaqları təmizləyiblər. Gələcəkdə karyeramı davam etdirməli olsam, dizimə plasmas bir şey qoyulmalıdır.

– Bəs formada olmadığınız halda yarışa qatılmağınız nə dərəcədə düzgün idi?

– Türkiyə və Azərbaycandakı həkimlərim razılıq vermişdi. Ola bilər ki, Parisdə medal qazana bilmədim. Amma üç görüşə görə Olimpiya lisenziya xallarını qazandım. Mən də əsas buna görə yarışda iştirak etmək və rəqiblərimdən geri düşməmək istəyirdim. Hazırda 75 kq çəki dərəcəsində dünya reytinqində birinci yerdə olsam da, OLimpiya reytinqində dördüncü yerdəyəm. Üçüncü yerdəki Ken Nisimura meydan sahibi olduğundan, o, avtomatik olaraq Tokioya vəsiqə qazanır və beləcə mən ilk "üçlük"də qərarlaşmış oluram. Bu yarışın da xalları daha sonra reytinqdə əks olunacaq. Xoşbətlikdən, reytinqdə məndən arxada olan idmançılar da əvvəlki turlarda uduzdu. Üstəlik, hələ üç lisenziya xalı verən yarışda iştirak etməklə reytinqdəki ilk "dördlük"dəki (karatedə hər Olimpiya çəki dərəcəsi üzrə reytinq üzrə ilk dörd idmançı Tokioya vəsiqə qazanır – S.M.) yerimi qorumağa çalışacağam. Martda Bakıdakı Avropa çempionatında son nöqtəni qoyub Olimpiadaya vəsiqə qazanmaq və bundan sonra bir qədər istirahət etmək istəyirəm.

– İkinci döyüşünüzdə dizindən aldığınız zədə nə dərəcədə ciddidir? Müayinə alacaqsınız?

– Yəqin ki yox. Çünki dəhşətli dərəcədə əzilməmişəm. Sadəcə, çilili idmançı çox basqı edirdi və mən də formada olmadığım üçün bir az pauza götürmək istədim... Bir gün dincəldikdən sonra yenidən məşqlərə başlayacağam. 14-16 fevralda keçiriləcək Dubay Premyer Liqasına hazırlaşacağam. Yeri gəlmişkən, sosial şəbəkələrdə yaşım çoxalıb deyənlərə demək istəyirəm ki, mən bu idmana hobbi kimi yanaşmıram. Karate mənim həyatımdır. Bəlkə də karate Olimpiadaya daha erkən salınsaydı, Olimpiya çempionu olmuşdum. Düzdür, iki ay sonra 35 yaşım var. Çoxlu gənc karateçilər ortaya çıxır. Məsələn, ilk görüşdüyüm belaruslu idmançının mən "Youtube"da videosunu tapa bilmədim ki, onun döyüş üslubuna baxım. Onlar bizim üslubumuzu əzbər bilir. 15 ildir ki, italiyalı Luici Buza ilə 14 dəfə qarşılaşmışam və artıq onun necə döyüşdüyünə bələdəm. "Qocalmışam" deyənlərə sözüm odur ki, Rafael Parisdən ikinci il 75 kq-da ən yaxşı idmançıya verilən mükafatla qayıdacaq.

– Olimpiadadan sonra məqsəd nə olacaq?

– Karyeramı bitirib-bitirməməyim orda qazandığım medalın rəngindən asılı olacaq. Dövlət dəstək olsa, karyeramı bitirdikdən sonra öz məktəbimi açmaq və bütün dünyaya tanıtdırmaq istəyirəm. İnşallah, o gün olsun ki, insanlar mənimlə necə fəxr edirsə, mən də öz tələbələrimlə fəxr edim.

– Olimpiadadan sonra peşəkar karate adlanan "Kombat Karate"də çıxış edəcəyiniz nə dərəcədə gözlənilir?

– Qabaqcadan söz vermək istəmirəm. Çünki noyabrda Dubayda dünya çempionatı və 2021-ci ildə Türkiyədə V İslam Həmrəylik Oyunları var. Ola bilər ki, orda da iştirak edim. "Kombat Karate"dən indi də mənə təklif var. Amma düşünməliyəm. Yəqin ki, yaxşı təkliflər olsa, orda iştirak edə bilərəm.

Rafael Ağayev saxladığı sirri açıqladı: Əməliyyat olunduğumu anamdan da gizlətmişdim


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2409   Tarix: 25 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Azerçay" Novruz festivalı ilə sakinləri sevindirib

Doğma çay markası "Azerçay"ın təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində Novruz bayramı münasibətilə festival təşkil edilib. Şəhər sakinlərinin tətil günlərində maraqlı və əyləncəli vaxt keçirmələri üçün müxtəlif milli oyunlar və yarışlar keçirilib. Hər kəsin böyük maraqla qatıldığı tədbird

10:59 0
.

"31 Mart soyqırımı hadisəsi təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir"

"Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılalara qarşı həyata keçirdiyi soyqırımından 106 il ötür. Son iki əsrdə ermənilər Azərbaycan xalqına qarşı misli görünməmiş etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirmişlər. Bu siyasət nəticəsində xalqımız ağır məhrumiyyətlərə v

12:40 0
.

Azərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi orqanlarını

13:47 0
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 204
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105
.

Fransa NATO-dan çıxacaq?

Fransanın Milli Birlik Partiyası Ukraynada münaqişə bitdikdən sonra ölkənin NATO-nun vahid komandanlığından çıxa biləcəyini ehtimal edir. Bu fikri Fransanın ifrat sağçı lideri Cordan Bardella səsləndirib. Siyasətçi qeyd edib ki, onun partiyası ölkədə 2027-ci ilə təyin edilmiş növbəti prezident seçkisind

13:58 0
.

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. Bu barədə təhsil müəssisəsi öz sosial şəbəkə hesabında məlumat yayıb. Q.Məmmədovanın 2022-23-cü tədris ilində məktəbin məzunu olduğu bildirilir. Qeyd edək ki, Q.Məmmədova daha əvvəl bir sıra nüfuzl

13:09 0
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

28.03.2024 839
.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

28.03.2024 122