Planlı həyat tərzinə necə keçək?

Planlı həyat tərzinə necə keçək?Şəxsi inkişafa gedən yolu iki əsas amil müəyyənləşdirir:

1. Zamanın düzgün idarə edilməsi

2. Planlı həyat tərzinə keçid

Birinci ilə əlaqədar bir yazı paylaşmışdıq. ( https://big.az/381132-zamani_nece_duzgun_idare_edek.html )

İndi isə sıra ikinci əsas amildədir.

Bu mövzu çox vacib və başa düşülməsi əsas bir məsələ olduğundan olduqca detallı və sistematikləşdirilmiş bir yazı olacaq.

Əvvəlcədən, qızıldan dəyərli vaxtını ayırıb bu yazımı oxuyaraq mənə yoldaşlıq etdiyin üçün dərin minnətdarlığımı bildirirəm, əziz oxucu!

Bəhsini aparacağım əsas məsələlər:

- Planlı Həyat nədir və əhəmiyyəti nədən ibarətdir?
- Bu hər bir fərd üçün zəruridirmi?
- Mən necə və nə vaxt planlı sistemə keçid etdim?
- Sən necə başlamalısan və planını necə qurmalısan?
- Davamlılığımı necə qoruyuram? Sən necə qorumalısan?

Planlı Həyat nədir və əhəmiyyəti nədən ibarətdir?

Planlı Həyat, həyatın hər mərhələsində sistemli, nizamlı, disiplinli həyat tərzi keçirməkdir. Nəyi niyə etdiyinin, niyə etməli olduğunun fərqində olaraq, şüurlu şəkildə hərəkət etməkdir.

Ümumiyyətlə, planlı həyat tərzi istər şəxsi həyatımızda, istərsə də akademik həyatımızda bizə lazımlı olan, bizi düzgün yönləndirən, bizə bəxş olunan ömrü ən düzgün şəkildə yaşamağa sövq etdirən, məqsədyönlü fəaliyyətlərə istiqamətləndirən, məhsuldar bir şəkildə yaşamağa köməkçi olan əsas vasitədir.

Sistemli yaşamaq, bizə gündəlik həyatın qayğıları içində yaşamağı unutdurmamaq, gələcəyə investisiya qoymaq, şəxsi həyatla akademik həyat arasındakı balansı qorumaq üçün zəruridir.

Yalnız planlı və məqsədyönlü insan zamanın nə qədər dəyərli olduğunu anlayıb, ona uyğun özünü və istəklərini kontrol edərək, bugünü yaşayaraq, gələcəyə investisiya yatıra bilər.

Fikrimcə, sistemli, proqramlı olmaq hər bir insanın özündə yaratmalı olduğu ən düzgün yaşam tərzidir.

Bu hər bir fərd üçün zəruridirmi?

Sistemli yaşamağın əhəmiyyətindən bəhs etdiyim başlıqda da bildirdiyim kimi hər bir insanın sistemli yaşamasını ən düzgün yaşam tərzi olaraq görürəm. Lakin bu hər kəs üçün zəruri olmaya bilər.

Planlı yaşamağın özünü də iki cür təsvir edə bilərəm. Bəzi insanlar planını, sistemini daha detallı qurur və həyatın hər bir mərhələsinə tətbiq edərək yaşayır. Bəziləri isə sadəcə gələcək üçün öz istiqamətini müəyyənləşdirir və detallı, eyni zamanda gündəlik plan qurmasalar da, məqsədləri üçün çalışırlar.

Mən birinci kateqoriyaya aid fərdlərdənəm. Sən isə, əziz oxucum, bu yazının sonunda hansını seçəcəyini özün müəyyənləşdir.

Xüsusi olaraq, qeyd etməliyəm ki, zamanından düzgün istifadə etməyi bacarmayan, vaxtının çoxunu lazımsız işlərə sərf edən, tənbəlliyə meyilli, prioritetlərini düzgün müəyyənləşdirə bilməyən və ya müəyyənləşdirdiyi halda onları icra etmək əzmini özündə yarada bilməyən şəxslər üçün planlı həyat tərzi zəruridir.

Mən necə və nə vaxt planlı sistemə keçid etdim?

Planlı həyat tərzinə keçid vaxtlarım 2013-cü ilin axırlarına və əsasən 2014-cü ilə təsadüf edir. Brayan Treysinin "Daxili İntizam Gücü" kitabına başladıqdan sonra plan, nizam, iradə gücü, disiplin kimi uğurun təməlini inşa edən kəlimələrlə tanış oldum.

Eyni zamanda 2014-cü ildə ASAN Xidmətdə könüllü işlədiyim ərəfələrdə Fəxri Ağayevin "Time Management" seminarı da bir növ təkan verdi.

Bu ikisi birləşərək həyatımı tamamilə dəyişdirdi. Düşüncələrimin, həyata baxış tərzimin 180 dərəcə dəyişdiyini deyə bilərəm.

Seminarın sonlarına yaxın Fəxri müəllim: "Bilirəm, bir çoxlarınız indi belə çox həvəsli olsanız və mənim danışdıqlarımdan təsirlənsəniz də, bunun sizdəki təsir müddəti bu gün axşamacan yox olacaq. Hətta bəziləriniz bu qapıdan çıxdıqdan sonra belə unuda bilər", demişdi. O zaman öz içimdə "mənim üçün belə olmayacaq" demişdim.

Həqiqətən də elə olmadı. Dəyişmək istəyən, dəyişməyə meyilli olan, lakin düzgün istiqaməti müəyənləşdirə bilməyən və ya yönləndirici axtarıb tapa bilməyən hər kəs üçün mənim bu yazım da sadəcə oxuduğu anda təsirlənən, sonra qaldığı yerdən həyatına davam edən insanlardakı kimi bir təəssurat yaratmayacaq.

Sən necə başlamalısan və planını necə qurmalısan?

İlk növbədə bu həyatdakı kimliyini müəyyənləşdirməlisən. Bu gün, bu həyatda sən kimsən?

Kitablarda, seminarlarda tez-tez qarşılaşdığımız və bizi sözün əsl mənasında çaşdıran həyati sualdır.

Eyni zamanda bugünkü kimliyimizi müəyyənləşdirmək, bu gün həqiqətən o kimliklə xoşbəxt olub-olmadığımızı ayırd etmək və gələcək kimliyimizi formalaşdırmaq, hədəflərimizi aydınlaşdırmaq üçün zəruridir.

Kimliyini, bugünkü statusunu müəyyənləşdirdikdən sonra, gələcək 5-10 il ərzindəki kimliyini, həyatdakı maraq dairələrini, tutqularını aydınlaşdırıb, qeyd etməlisən. Bu sənin bir növ bu həyat üçün yol xəritən olacaq.

Təbii ki, həyat surprizlərlə doludur və zaman keçdikcə bəzi hədəflərin dəyişə, yeni maraq dairələrin yarana bilər. Belə hallarda qeydini yenidən gözdən keçirdib, dəyişiklikləri yazmalısan. Yazmaq xatırlamağın bir növüdür. Odur ki, hər zaman hədəflərini yazaraq, reallaşdır.

İkinci olaraq, hər il üçün Brayan Treysinin "10 goal-setting" metodundan istifadə edə bilərsən. Bunun üçün etməli olduğun tək şey hər il növbəti ilə qədər reallaşdırmaq istədiyin 10 hədəfini yazmaqdır. Bu 10 hədəf səni planlı yaşamağa və onları reallaşdıra bilmək üçün sistemli olmağa sövq edəcək.

Üçüncü addım, həmin 10 hədəfi aylar üzrə prioritetləşdirərək icra etməkdir. Bəzi hədəflərimiz qısa müddətdə nail oluna bilinən, bəziləri isə reallaşdırmaq üçün uzun vaxt tələb edən ola bilər. Belə hallarda prioritet təşkil edənləri düzgün müəyyənləşdirmək və vaxt itirmədən hərəkətə keçmək lazımdır.

Aylar üzrə hədəfləri müəyyənləşdirdikdən sonra növbəti mərhələ həmin hədəfləri reallaşdıra bilmək və sadəcə yazıda qalaraq, unudulmalarına imkan verməmək üçün həftəlik proqram hazırlamaqdır.

Belə məqamlarda ən yaxşı üsul hər gün üçün xüsusi bir öhdəlik müəyyənləşdirmək və hər həftənin hər günü nə edəcəyini, nə ilə məşğul olacağını, həmin günün prioritetinin nə olduğunu aydın şəkildə bilməkdir. Bunun sayəsində "bu gün nə etməliyəm?" kimi artıq suallardan rahatlıqla qaçınaraq, hərəkətə keçmək üçün tələsə bilərsən.

Sonuncu mərhələdə, düşünməli olduğun tək bir şey var. Artıq əlində kimliyini aydın təsvir edən bir yol xəritən, istiqamətini müəyyənləşdirən illik hədəflərin, diqqətli bir şəkildə fokuslana bilmək üçün spesifikləşdirilmiş aylıq hədəflərin və onlara nail olmaq yolunda həftəlik inkişaf proqramın var. Sona sadəcə hərhansı bir "PLANNER"ə sahib olmaq və hər gün həftəlik proqramına uyğun gündəlik işlərini prioritetləşdirmək qalır.

Davamlılığımı necə qoruyuram? Sən necə qorumalısan?

Başladığım işi tamamlamaq və davamlılığımı qorumaq üçün bu günə qədər qazandığım təcrübələrimdən, uğur və uğursuzluqlarımdan yola çıxaraq özüm üçün müəyyənləşdirdiyim 4 əsas şərt var:

Qərar verdikdən sonra düşünmə.

Planını qurub, istiqamətini müəyyənləşdirmisənsə, səhəri gün iş icra hissəsinə keçid etdikdə heç nə düşünmə. Sadəcə etməli olduğunu et. Artıq düşüncələr insanı məqsəddən qopmağa və tənbəlliyə sürükləyir. Buna görə də, mən hər zaman plan qurarkən düşünmək və düşüncələrimdən əmin olmaq üçün böyük bir vaxt sərf edib, həqiqətən qurduğum sistemin effektivliyinə inanıb bu yola çıxıram. Yarı yolda qeyri-effektiv qərarlarımı effektivlərlə yenidən dəyişdirdiyim zamanlar da olub. Lakin hər bir halda birinci mərhələdə qərar vermisənsə, ikinci mərhələdə sadəcə və sadəcə hərəkətə keçməlisən.

Mühitini özünəməxsus formalaşdır.

Həyatlarımızdakı insanlar kimliklərimizi formalaşdırmaqda güclü təsirə malikdir. Bu səbəbdən mühitini, həyatına, xüsusilə də, yaxın çevrənə daxil etdiyin insanları diqqətlə seç.

Motivasiyanı hər gün yeniləyərək yüksək tut.

Motivasiya qalıcı olmaqdan çox, keçicidir. Bu səbəbdən, bir çoxlarımız çox vaxt başladıqları işləri tamamlama istəyinə sahib olmur. Belə halları aradan qaldırmaq üçün ruhlandırıcı amillər tapmaq lazımdır. İlk növbədə daxili motivasiyan olmalıdır. Daxili motivasiya isə güclü istəklə bəslənir. Bir çox hallarda məcburi olan öhdəliklərimiz də çox olur. Belə vəziyyətlərdə həmin öhdəlikləri başa çatdırmaq üçün daxili intizam, əlavə düşüncələrə yer vermədən görüləsi işi tamamlama vərdişinə yiyələnmək kifayət edir.

Motivasiyanı yüksək tutmaq üçün səninlə birlikdə inkişaf etmə istəyinə sahib olan bir dost, bu həyatda sənin xəyallarını reallaşdıran canlı nümunə, içərisində səni ilhamlandıran və hərəkətə sövq etdirən aforizmlər dolu bir bloknot işə yarayan ən effektiv üç üsuldur.

Öz şəxsi psixoloqun ol.

Hər yerdə yazılan, çox filmdə eşitdiyimiz lakin çox vaxt gücünün böyüklüyünə diqqət etmədiyimiz bir cümlə var: "Düşüncələrin dəyişsə, bütün dünya dəyişəcək."
Həqiqətən də elədir. Həyata və insanlara qarşı yanaşma tərzini daim sorğu-sual et və kontrolda saxla. Özünü neqativ düşüncələrin qurbanına çevirmə. Problemlərinlə başa çıxma üsulları taparaq, həyat eşqini canlı tut.

QEYD: Unutma: "Həyat biz planlar qurarkən başımıza gələnlərdir."

Hər zaman gözlənilməz surprizlərə hazırlıqlı ol və onları normal qəbul et.

Xəyallarını reallaşdırmaq üçün ötən hər gününün dəyərini bilməyin ümidi ilə, SEVGİLƏR!

Şahanə Dostəliyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1186   Tarix: 24 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724