Qusarda qar qəzaya səbəb oldu: "VAZ" yük maşınına çırpıldı - VİDEO
Qusarda yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisəyə səbəb kimi qarlı hava şəraiti göstərilir.
Belə ki, "VAZ" markalı avtomobil buzlu yolda hərəkətdə olarkən idarətməni itirib. Yoldan çıxan minik avtomobili kənarda park edilən yük avtomobilinə çırpılıb.
Hadisədə xəsarət alanın olub-olmamağı barədə məlumat yoxdur. Qəza yerinə Dövlət Yol Patrul xidmətinin əməkdaşları cəlb olunublar.
BiG.Az


Xəbərlər Baxılıb: 709 Tarix: 24 yanvar 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş