Soyuq havada küçədə gecələyənlərin aqibəti: Onlar hara yerləşdirilir? – VİDEO

Soyuq havada küçədə gecələyənlərin aqibəti: Onlar hara yerləşdirilir? – VİDEOHavanın temperaturunun aşağı enməsi kimsəsiz, küçədə gecələyən insanlarım həyatını da təhlükəyə atır. Belə bir vəziyyətdə onların aqibəti necə olacaq, onlar harada yerləşdiriləcək?

ARB TV-nin "Günə doğru" verilişində məsələ ilə bağlı sujet yayımlanıb və məsələ araşdırılıb.

Bəybala Hacıyev – Sığınacaq sakini: "Qaynana evində yaşayırdıq, yoldaşım, qızım. Hər şey yaxşı idi, sonra mənim sağ ayağım kəsildi, ondan sonra qaynanam məni yola vermədi, məcbur oldum çıxdım".

Samir İsmayılov – Sığınacaq sakini: "Anam rəhmətə getdi qışda. Elə ikimiz qalırıdıq, evimi satmışdım problemlər də çox idi, ailə problemləri".

Onların hər birinin hekayələri fərqlidir. Söhbət soyuq qış günlərində evsiz-eşiksiz qalan insanlardan gedir. Küçələrdə gecələmək üçün isə Əmək və Əhalinin Sosial Müdafiə nazirliyi tərəfindən yaradılan sığıncaqlara sığınmalı olublar.

Rəşad Ağayev – Sığınacaq sakini: "3-cü aydı mən burdayam, 2007-də azadlığa çıxdım, 29 il ümumilikdə mən içəridə olmuşam. Çıxdım gəldim, qalmağa evim eşiyim yox idi".

Samir İsmayılov – Sığınacaq sakini: "Burda vəziyyət çox yaxşıdı, sığınacaqda qalan digər şəxslərlə söhbət edirəm, telekanalları izləyirəm, yemək yeyirəm".

Hazırda sığınacaqda 49 nəfər var və müəssisə yarandığı gündən isə ümumilikdə 128 nəfərə yardım olunub.

Anar İbrahimov – Sosial Sığınacağın Direktoru: "Əmək qabiliyyəti olan şəxslər yoxlanılır və dərhal dövlət məşğulluq xidmətinə müraciət olunur. İşlə bağlı digər hallarda onlara hüquqi yardımlarda göstərilir beləki pensiya təyinatındada köməklik olunur".

Bundan başqa sığınacaqda insanların asudə vaxtlarını yaxşı keçirməsi üçün kitabxana, stolüstü oyunlar otağı, trinajor, televiziya otağı yaradılıb.

Anar İbrahimov – Sosial Sığınacağın Direktoru: "Sığınacaqda qalma müddəti 180 gündür, bu müddət ərzində biz onlarçün hüquqi sosial yardımlar göstəririk çalışırıq ki, bu müddət ərzində onlar öz evlərinə öz həyatlarını qura bilsinlər həyata adaptasiya olsunlar".

Müstəsna hallarda isə insanlar burda qalma müddəti 6 aydan daha çoz uzadıla bilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1191   Tarix: 24 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

17:29 215
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

12:00 165
.

Nəsib Quliyev dəfn edildi

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

14:10 681
.

"18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var" - Vəkil

Azərbaycanda silah sıravi vətəndaşlar üçün nə qədər əlçatandır? Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsin

12:24 534
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

21:45 0
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

15:39 339
.

Türkiyədə sürüşmə oldu - VİDEO

Türkiyənin Şırnak vilayətində sürüşmə olub. BİG.AZ xəbər verir ki, hadisə ətrafdakı insanlar tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb. Tonlarla çirkab yığını ağacları kökündən qoparıb kənara çəkdi. Həmin anlar kameraya çəkildi

12:14 86
.

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda zəlzələ olub. BİG.AZ xəbər verir ki,zəlzələ 4,4 maqnitudalı zəlzələ baş verib. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Zəlzələ Almatı şəhərindən 760 km şimal-şərqdə yerləşib. Hadisə zamanı xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb

14:25 124
.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

20:45 76