Otellərdə, liftlərdə bu rəqəmdən istifadə olunmur - Batil inanclar

Otellərdə, liftlərdə bu rəqəmdən istifadə olunmur - Batil inanclarMəntiqsiz olduğunu bilsək də, çoxumuzun inandığı batil inanclar var. Bu inanclar adətən bizə ailə böyüklərindən miras qalır və nə qədər real olmadığını düşünsək də, elə anlar olur ki, bu inanclar məntiqimizə güc gəlir. Hətta həyatını bu inanclara görə istiqamətləndirənlər belə var. Toyda gəlinin güzgüsünün qırılması, kiminsə qarşısından qara pişiyin keçməsi bizdə necə uğursuzluq əlaməti hesab edilirsə, digər millətlərin də özlərinə görə formalaşmış batil inancları var.

Modern.az xarici ölkələrdə rast gəlinən qəribə inancların bəzilərini təqdim edir:

Cənubi Koreyada bir batil inanca görə, imtahanlardan qabaq saç yumaq öyrənilən bütün bilikləri yox edirmiş. Başqa bir inanca görə, uşağın dünyaya gəlməsinin 100-cü günündə böyük bir mərasim keçirilir. Bu mərasimin 100-cü gündə olmasının səbəbi keçmişdə uşaq ölümlərinə ilk 3 ayda daha çox rast gəlinməsindən qaynaqlanır. Onlar bu ritualla uşağın 100-cü günə sağlam bir şəkildə çatmasını qeyd edir.

Rusiyada birinə verilən çiçək sayı mütləq tək olmalıdır, çünki cüt sayda çiçəklər sadəcə cənazələrə göndərilir. Digər bir inanca görə, qapalı məkanda fit çalmaq maddi problemlərə səbəb olur.

Danimarkada il boyu qırılan çini qablar yığılır və ilin sonunda ailələr toplanaraq, ən çox hansı ailənin qablarının qırıldığına baxılır. Kimin daha çox qabı qırılıbsa, o ailənin varlanacağına inanılır.

Braziliyada bir inanca görə, uğursuzluqla qarşılaşmamaq üçün çantanızı və pul kisənizi yerə qoymamalısınız.

Yaponiya, Çin, Koreya və Tayvanda 4 rəqəmi uğursuz hesab olunur. Dilləri bir-birinə yaxın olan bu ölkələrdə 4 rəqəminin oxunuşu "ölüm" sözü ilə oxşardır. Bu onların mədəniyyətinə o qədər təsir edib ki, otellərdə, liftlərdə bu rəqəmdən istifadə olunmur.

İtaliyada birini tərifləsəniz, bütün müsibətlərin onu tapacağı düşünülür.

Almanların çoxu yolda gedərkən soldan gələn qara pişiklə qarşılaşmaqdan qorxur. Çünki bunun uğursuzluq gətirəcəyinə inanırlar.

Qətərdə hörümçək öldürmək tabudur. Çünki onların evləri yanğından qoruduğuna inanırlar.

Hindistanda cümə axşamı və ya şənbə günü saç kəsdirmək, həmçinin yumaq uğursuzluq gətirir.

Fransızlar isə hamilə ikən bir bayquşla göz-gözə gələn qadınların qız uşağına sahib olacaqlarına inanır.

Yunanıstanda əgər dalbadal asqırırsınızsa, deməli, kimsə arxanızca danışır. Həmçinin onlarda iki adamın bir sözü eyni anda deməsinin uğursuzluq gətirdiyinə inanılır. Bizdə isə əksinə belə halda "tezliklə arzuna çatacaqsan" deyilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1261   Tarix: 24 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Hindistanın "InterGlobe" şirkəti ABŞ-nin "Archer Aviation" şirkəti ilə birgə 2026-cı ildə ölkədə ilk hava taksisini istifadəyə verməyi planlaşdırır. "InterGlobe" Hindistanın ən böyük aviaşirkətlərindən biri olan "IndiGo"ya sahibdir və "Archer Aviation"

19.04.2024 371
.

İşi məhkəmədə olan klinikadan daha bir şikayət - Pasiyentin burnu çirk edib (FOTO+VİDEO)

"Laser Beauty Clinic" barəsində daha bir şikayət daxil olub. "Unikal"a müraciət edən pasiyent Gülya Məmmədova iddia edir ki, "Laser Beauty Clinic"də kosmetoloq Rəna Soltanova ona burun dolğusu etdikdən sonra burnu çirk etməyə başlayıb. Burun dolğusu üçün 350 manat pul ödədiyin

10:11 545
.

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Texniki Universitet

11:53 197
.

Qaribaşvili: Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər. "Report"un yerli bürosu xəbər verir ki, bunu hakim "Gürcü Arzusu" Partiyasının sədri İrakli Qaribaşvili bildirib. "Əgər bizə desələ

15:29 0
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 470
.

Gürcüstanda xarici agentlər haqqında qanuna yenidən baxıla bilər

"Aİ Gürcüstanın ittifaqa daxil olmasına hələ hazır deyil, lakin belə bir zaman yetişərsə, respublika hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa biləcək". Bunu hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının sədri, Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvil

17:10 0
.

Elza Seyidcahan Cavanşir Məmmədov haqqında: "Dahi sənətkar idi" - VİDEO

"Çox gözəl insan idi. Məclislər yaraşığı idi". xəbər verir ki, bu sözləri bu gün dünyasının dəyişən Əməkdar artist Cavanşir Məmmədov haqqında danışarkən müğənni, Əməkdar artist Elza Seyidcahan deyib. O vəfat xəbəri barədə məlumatı jurnalistlərdən aldığını deyib. "Evdən çıxırdım ki, jurnalis

14:50 0
.

Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - FOTOLAR

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib. DİN-in mətbuat xidmətindən "Report"a bildirilib ki, təhlükəsizlik tədbirləri görülür. 17:24. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərini

17:39 0
.

Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı - CANLI YAYIM

Əməkdar artist Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlanıb. -ın məlumatına görə, o, Yasamal qəbiristanlığında dəfn ediləcək. Onun nəşi ekspertiza üçün Respublika Klinik Xəstəxanasına aparılıb, sonra isə Göy məscidə göndəriləcək

14:06 466