"Elə günlərim olub ki, bəxt üzüyümü də satmışam" - Elnarə Abdullayeva

"Elə günlərim olub ki, bəxt üzüyümü də satmışam" - Elnarə Abdullayeva

Əməkdar artist Elnarə Abdullayeva "Şou Atv" verilişində qonaq olub.

BiG.AZ xəbər verir ki, veriliş zamanı xanəndənin həyatı barədə söhbət düşüb. O, bildirib ki, keçmişdə həyatında çox acınacaqlı dövrlər olub. Müəyyən sıxıntılar yaşayıb:

"Əslində o dövrlərdə mən çox bahalı toylara gedirdim. Tar, kamança ilə gedirdim toylara, muğam oxuyurdum. Mənə tələbat çox idi. Lakin bir müddət oldu ki, müəyyən sıxıntılarımız başladı. Biz başladıq evdə hər şeyi satmağa. Sonda baxdım ki, bəxt üzüklərimiz qalıb. Elxana dedim ki, "üzüklərimiz qalıb, Elxan, çıxart ver onu da satım. Vaxt olacaq ondan da bahalı üzük alarıq". Sonra aparıb onları da satdım. Mən düşünürəm ki, insanın bəxti o üzükdə, güzgüdə deyil. Bəxti Allah yazır, insan idarə edir. Vaxt gəldi biz vəziyyətimizi düzəltdik. Elxana ondan da bahalı üzük aldım. Sonra o da qəpik-qəpik pul yığdı mənim ona aldığım üzükdən də bahalı üzük aldı mənə. Həyatda hər şey düzəlir, hər şey mümkündür".
Samirə Qasımova


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1564 Tarix: 24.01.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər

0.031