Ana "laylay" oxuyaraq 3 uşağını boğub, öldürdü

Ana "laylay" oxuyaraq 3 uşağını boğub, öldürdü

Evindən 3 cəsəd çıxan şəxs saxlanılıb.

Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, ABŞ-da 3 övladını boğaraq öldürən qadın hakim qarşısına çıxarılıb.

ABŞ-ın Arizona ştatının Feniks şəhərində yaşayan 22 yaşlı Rachel Henry adlı qadın azyaşlı uşaqlarını boğduğuna görə məsuliyyətə cəlb olunub.

O, yaşları 3, 1 və 7 aylıq olan övladlarını boğaraq öldürüb. Polisin dediyinə görə, uşaqlar həyatda qalmaq üçün analarını cırmaqlayıb, təpikləsələr də, faydası olmayıb.

Henri ifadəsində bildirib ki, uşaqları hərəkətsiz vəziyyətdə qalana qədər onların ağız və burunlarını bağlayıb, nəfəs almaqlarına mane olub.

Qadının dediyinə görə, övladlarını növbə ilə öldürərkən uşaqlarına "laylay" da oxuyub.

Qeyd edək ki, qadın Metamfetamin (narkotik və hallüsinasiya xüsusiyyəti olan sintetik maddə) aludəçisidir.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2626 Tarix: 23.01.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 24.01.2020
günah


 
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər

0.033