On yaşlı məktəblidən hamilə qalan qızın anası danışdı: "Abort haqqında düşünmürük"

On yaşlı məktəblidən hamilə qalan qızın anası danışdı: "Abort haqqında düşünmürük"

Rusiyanın Krasnoyarsk vilayətində on yaşlı məktəbli oğlandan hamilə qalan on üç yaşlı qızın anası danışıb.

“Rusiya 1” telekanalına müsahibə verən qadın qızının hamiləliyinə son verməyəcəyini deyib.

O bildirib ki, son ana qədər ailələri vəziyyətdən bixəbər olub.

Onun dediyinə görə, həkimlər əvvəlcə qızın zəhərləndiyini düşünüblər. Daha sonra məktəbli qız özü 10 yaşlı dostu ilə intim münasibətdə olduğunu etiraf edib.

“Onda artıq bu yaşda, bəlkə də, bəzi analıq instinktləri var, onları daha da inkişaf etdirmək daha yaxşıdır”, - deyə qadın bildirib.

Xatırladaq ki, Krasnoyarsk vilayətində yeddinci sinifdə oxuyan on üç yaşlı məktəbli qız dördüncü sinifdə oxuyan on yaşlı oğlandan hamilə qalıb.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3287 Tarix: 23.01.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər

0.024