45 yaşlı ailəli kişi 15 yaşlı qıza təcavüz etdi, sonra... - Azərbaycanda ŞOK HADİSƏ

45 yaşlı ailəli kişi 15 yaşlı qıza təcavüz etdi, sonra... - Azərbaycanda ŞOK HADİSƏAzərbaycanda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə və digər ağır cinayətlərdə ittiham olunan Elçin Babayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az-ın xəbərinə görə, Yevlax şəhər sakini, 1971-ci il təvəllüdlü Elçin Babayev ilk cinayətini yaşadığı şəhərdə törədib. Ailəli olan və orta təhsilli Elçin Babayev Yevlax rayonunda bir qıza təcavüz edib.

Kür çayının sahilində intim əlaqə

Belə ki, Elçin Babayev sosial şəbəkədə 2001-ci il təvəllüdlü Sevda Vəliyeva ilə tanış olub. Bir qədər sonra o, 2016-cı ildə yetkinlik yaşına çatmayan qızı "Kür çayı"nın sağ sahilinin Yevlax rayonunun Cırdaxan kəndinin ərazisindən keçən hissəsinə aparıb.

Orada Elçin Babayev Sevda ilə qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olub. Qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olduğu üçün qız ilkin əvvəl bu barədə heç kimə bir söz deməyib.

Qızı aldatdı

Bundan sonra onların arasında sevgi münasibəti yaranıb. Elçin Babayev qıza vəd edib ki, yetkinlik yaşına çatandan sonra ailəsi olan arvadından boşanacaq, onunla birgə yaşayacaq.

Bundan sonra Elçin Babayev dələduzluq əməlləri törətməyə başlayıb. O, həmin ilin iyunun 4-də həmyerlisi Əhməd Əhmədova qarşı dələduzluq edib.

Ata və oğula qarşı dələduzluq

Elçin Babayev Əli Məmmədova sonuncunun oğlu Səlim Məmmədovun Mingəçevir şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə Yol Polis Xidməti inspektoru vəzifəsinə bərpa etdirəcəyini vəd verib. O, aldatma yolu ilə Səlim Məmmədovun yenidən tibbi müayinədən keçirilməsi adı ilə sonuncunun yaşadığı Yevlax şəhəri, M.Müşfiq küçəsi ndəki evdə 4.000 manat, iyunun 9-da Səlim Məmmədovun kursa yazılacağı bəhanəsi ilə yenə həmin ünvanda 3.000 manat, iyunun 18-də DİN-in Kadr İdarəsinə çatdırılması adı ilə Yevlax şəhərində yerləşən "AzPetrol" Yanacaq Doldurma məntəqəsinin yanında 3.000 manat, iyunun 23-də "İşi düzəldən" Arzu adlı şəxsə çatdırmaq bəhanəsi ilə Gəncə şəhərində yerləşən Elm Mərkəzinin yanında 3.000 manat, iyunun 25-də DİN-də rəhbər şəxsə verilməsi bəhanəsi ilə Yevlax şəhər avtovağzalında 3.000 manat, iyunun 26-d Səlim Məmmədovun kurs qiymətlərinin yazılması bəhanəsi ilə Yevlax şəhəri M.Müşfiq küçəsi 60 saylı ünvanda 3.000 manat, yenə də işi düzəldən şəxsə çatdırmaq adı ilə iyunun 28-də Yevlax şəhəri, M.Müşfıq küçəsi 60 saylı ünvanda 2.500 manat, iyulun 9-da guya işin düzəlməsi ilə əlaqədar olaraq "şirinlik" adı ilə Yevlax şəhər avtovağzalında 1.000 manat, avqustun 19-da Əli Məmmədovun özünün Mingəçevir şəhər Telekoma müavin vəzifəsinə işə düzəldəcəyi bəhanəsi ilə Yevlax şəhəri, M.Maqomayev küçəsi, 32 saylı ünvanda 3.000 manat pulunu ələ keçirib. Ümumilikdə o, ata və oğula 25.500 manat məbləğində ziyan vurub.

Polis düzəltmək adı ilə dələduzluq

Bundan başqa Elçin Babayev Vahid Xəlilovun oğlu Nihad Xəlilovun Mingəçevir şəhər, Mühafizə polisinə polis nəfəri vəzifəsinə işə düzəldəcəkləri barədə yalan vəd verib. O, aldatma yolu ilə sentyabrın 14-də Yevlax şəhəri, Çənlibel qəsəbəsi ərazisində yerləşən çayxanada Vahid Xəlilovdan 8.000 manat alıb.

Qəbristanlığın yanında tutuldu

Seksual xarakterli zorakılıq və dələduzluq cinayətlərini törədən Elçin Babayev daha sonra Bakı şəhərinə gəlib. Burada isə o, narkotik alveri ilə məşğul olması barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olub.

Əməliyyat-axtarış tədbiri zamanı Elçin Babayev Sabunçu rayonu, Pirşağı kəndində yerləşən qəbristanlığın yaxınlığında saxlanılıb. Onun icazəsi ilə üstünə baxış keçirilərkən polietilen torbada külli miqdarda - təmiz çəkisi 3005 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi aşkar edilərək götürülüb.

5 maddəli cinayət işi

İstintaq orqanı tərəfindən Elçin Babayevin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə), 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.

8 il cəza

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Babayev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Elçin Babayev apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, yeni qanuni, əsaslı və ədalətli qərarın qəbul edilməsi xahiş edib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Elçin Babayevin şikayəti təmin edilməyib. Bu qərardan narazı qalan Elçin Babayev kasasiya şikayəti verib.

Elçin Babayevin kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Məhkəmə Elçin Babayevin kasasiya şikayətini təmin etməyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3385   Tarix: 23 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

28.03.2024 395
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 127
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

Narkotikə anası ilə birgə başlayan Tupakın müəmmalı ölümü - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı tarixin ən böyük hip-hop sənətçilərindən biri olan Tupak Amaru Şakura həsr olunub. Tupak Amaru Şakur 16 iyun 1971-ci ildə Nyu-Yorkda anadan olub. Doğulanda adı LesEyn Periş Kruks olub. Bu a

28.03.2024 140
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, b

28.03.2024 190
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

28.03.2024 208
.

Almaniyada avtobus avtomobil yolunda aşıb

Almaniyanın Leypsiq şəhərində avtobus magistral yolda aşıb. BİG.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib. 20-dən çox adam yaralanıb. Avtobusun İsveçrənin Sürix şəhərinə getdiyi bildirilib. Avtobusun hansı səbəbdən aşdığı məlum deyil. Sözügedən yolda nəqliyyat vasitələrinin hərəkət

28.03.2024 136
.

"Simpsonlar" bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO

Böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə məşhurlaşan cizgi filmi Simpsonlar yeni proqnozları ilə gündəmdədir. -ə istinadən bildirir ki, cizgi filmdə bu dəfə yaxın keçmişdə baş verən Günəşdəki güclü partlayışlar öncədən müəyyən edilib. Son illərin ən güclü geomaqnit qasırğası olara

28.03.2024 344
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 204