Bakıda gəlin qayınanasını məhkəməyə verib 40 min istəyir

Bakıda gəlin qayınanasını məhkəməyə verib 40 min istəyirBakıda gəlin keçmiş əri və qayınanasını məhkəməyə verərək onlardan 40 min manat və nişan üzüyünü tələb edib.

BiG.AZ "qafqazinfo"ya istinadən xəbər verir ki, gəlin Aysel Kərimova (şərti) Sabunçu rayon məhkəməsinə müraciət edərək əri Elvin Əliyev (şərti) və qayınanası Aytən Əliyevaya (şərti) qarşı iddia qaldırıb.

A.Kərimova iddia ərizəsində qeyd edib ki, ona vurduqları mənəvi zərərin əvəzi olaraq əri və qayınanasının hər birinin 20 min manat kompensasiya ödəməsini, ondan üzr istəmələrini, onların əməlləri nəticəsində dərmanlara xərclədiyi 50 manatın və dövlət rüsumu kimi ödədiyi 30 manatın, hədiyyə olaraq bağışlanmış dəyəri 4100 manat olan 48 qramlıq, 4 karat 800 sot brilyant qaşlı qızıl dəstin (2 ədəd sırğa, 1 ədəd üzük, 1 ədəd boyunbağı və 1 ədəd qolbaq), bu dəstin naturada verilməsi mümkün olmadıqda isə onun əvəzi olaraq 4100 manat pulun ona ödənilməsini xahiş edib.

Gəlin A.Kərimova bildirib ki, Elvin Əliyev ilə 2013-cü il iyulun 13-də rəsmi nikaha daxil olublar:

"Toydan sonra onların Bakıxanov qəsəbəsində yerləşən mənzilində birlikdə yaşayırdıq. Gəlin köçdükdən təxminən bir həftə sonra onlar məni təhqir etməyə, ərim isə döyməyə başladı. Qayınanam məni çoxlu təhqiramiz küçə söyüşləri ilə söyərək şərəf və ləyaqətimi alçaldırdı, daim məni əsəb və gərginlik içində saxlayırdı. Gəlin köçdüyüm evdə demək olar ki, hər gün eşitdiyim təhqiramiz sözlərdən güclü stress və əsəb gərginliyi keçirdiyimə görə müalicə üçün həkimə müraciət etdim və hazırda da müalicə alıram. Həmin il sentyabrın 9-da ərimdən boşandım. Onlar məni, xoşbəxt ailə qurmaq arzusu ilə yaşayan 23 yaşlı qızı ailə qurmaq adı altında aldadaraq gəlin köçürdüb 2 aydan sonra isə ailəmi dağıdaraq məni bədbəxt etdilər. Bu olanlardan sonra Bakı şəhərində ailə qurmağım qeyri-mümkündür".

A.Kərimova əlavə edib ki, qayınanası onun nişan üzüyünü də qaytarmır:

"Onlar mənə nişanda və toyda mənə dəyəri 4100 manat olan 48 qramlıq, 4 karat 800 sot brilyant qaşlı qızıl dəst (2 ədəd sırğa, 1 üzük, 1 ədəd boyunbağı və 1 ədəd qolbaq) bağışlayıblar. Lakin məni evdən çıxardıqdan sonra həmin qızıllar gəlin köçdüyüm evdə qaldı. İndi qızılların mənə qaytarılmasını tələb edirəm".

Sabunçu Rayon Məhkəməsi A.Kərimovanın iddiasını təmin etməyib.

İşin materiallarında olan arayış və ekspert rəyləri ilə müəyyən edilib ki, A.Kərimova depressiya və nevroz xəstəliyinə tutularaq mənəvi xəsarət alıb. Məhkəməyə təqdim edilmiş audioyazıdan qayınana Aytən Əliyevanın təhqiramiz ifadələr işlətməsi açıq-aşkar görünür.

A.Kərimova məhkəmədə ifadəsində bildirib ki, gəlin gedənə qədər qayınanasının oğlunu başqa qızla evləndirmək fikri olduğunu bilməyib:

"Sonradan qayınanam dedi ki, əvvəlcədən fikri oğluna öz sevdiyi qızı alıb, sonra onu boşatdırıb özünün seçdiyi qızla evləndirmək olub. Sentyabrda evdə söz-söhbət oldu və atamı çağırdılar. Amma atam məni aparmadı. Bundan sonra baldızım məni qapıdan çölə atdı, qapını da üzümə bağladı, ona görə də atamla getməyə məcbur oldum. Evdən xalatla çıxmışdım, getmək fikrim olmadığı üçün özümlə heç nə aparmadım. Qaynanamın otağına telefon qoyaraq onun səsini yazmışdım, amma hazırda o telefonu satmışam".

A.Əliyevanın nümayəndəsi məhkəmədə iştirak edərək qızılları gəlin A.Kərimovanın özünün apardığını bildirib.

Məhkəmə qərar verib ki, qayınana Aytən Əliyeva keçmiş gəlininə vurduğu mənəvi zərərin əvəzi olaraq ona 2500 manat kompensasiya ödəsin, ekspertiza xərclərinə görə isə ondan 350 manat tutulsun.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1142   Tarix: 23 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568