"Yalandan deyirlər ki, kərə yağıdır" – Yediyimiz təhlükə - VİDEO

"Yalandan deyirlər ki, kərə yağıdır" – Yediyimiz təhlükə - VİDEOSatışda saxta kərə yağları var.

ARB TV –nin "Günə doğru" verilişində bu məsələ ilə bağlı maraqlı sujet hazırlanıb.

Eyyub Hüseynov – AİB sədri: "Bu cür saxta markalanmış, bəzən də üzərinə inək şəkli çəkilmiş, istehlakçıları inək şəkilini görüb, natural yazısını oxuyub kərə yağını düşündüyü yağlar əksər hallarda heç kərə yağları ilə əlaqəsi olmur".

İlk baxışdan kərə yağı kimi görünsə də, tərkibi kimyəvi maddələrdən ibarətdir. Hətta əsl yağ təəssüratı yaratsın deyə, kərə dadı və qoxusu da verilir.

İsa Əliyev – Qida mühəndisi: "Bitkisəl yağı süd qazanının içinə qoyurlar və onu qaynadırlar. Daha sonra həmin yağı çəkirlər. Və o yağdan artıq südün dadı, tamı gəlir".

Sakin: "Təbii məhsul yoxdur. Yalandan deyirlər ki, kərə yağıdır. Ona görə də xəstəliklər çoxalır"

Sakin: "Hərdən eşidirəm ki, bu deyəsən bu satılanlar əsl kərə yağı deyil".

Əsl kərə yağı almaq istəyənlər əvvəlcə onun qiymətinə fikir verməlidilər.

İsa Əliyev – Qida mühəndisi: "Bu gün bazarda 4-5 manata nehrə yağı və kərə yağı satırlar. Bunlar heç bir şəkildə kərə yağı və nehrə yağı deyil".

Halbuki, 1 kq kərə yağının istehsalı üçün azı 20 litr yüksək keyfiyyətli südə ehtiyac var. Südün topdansatış bazar qiyməti isə 50-60 qəpikdən az deyil. Bu halda 1 kq kərə yağının maya dəyəri istehsal, daşınma və satış xərcləri də nəzərə alınmaqla, 10-12 manatdan az olmamalıdır.

Eyyub Hüseynov – AİB sədri: "İstehlakçılar üçün məlumat standartı olmadığından satıcılar, istehsalçılar bu cür jestlərlə insanları aldadırlar. Yəni deyir bu doğurdan da natural yağdır, əslində isə bitki yağıdır. Südün qiyməti də məlumdur və ondan alınan yağın da qiyməti ortaya çıxır. Təxminən bilmək olur ki, həmin qiymətə kərə yağının satılması normal hal deyil".

Kərə yağı solğun sarı rəngdə olur. Tünd sarı, narıncı rəng yağa boya maddələrinin qatıldığını göstərir.

Bəhruz Qəlbinur – Kulinar: "Baxan kimi, istifadə edən kimi, dadından, qoxusundan, tərkibindən, yumşaqlığından hiss olunur. Məsələn palma tərkibli yağlar toxunanda ərimir. Çünki o bədən temperaturundan yüksək dərəcədə əriyir. Kərə yağı toxunan kimi əriyir. Əl istiliyinə, əl hərarətinə əriyir".

Xatırladaq ki, bu günlərdə AQTA paytaxtdakı məşhur marketlərdən birində Belorusskaya Korova əmtəə nişanlı saxtalaşdırılmış kərə yağının satışının həyata keçirildiyini aşkar edib. Araşdırma zamanı yağların ştrix kodunun saxta olduğu müəyyən edilib. Bizim market şəbəkələrinin 14 filialından ümumilikdə 12 ton 575 kq məhsulun satışının dayandırılması barədə qərar qəbul edilib və göstərilən məhsul partiyası dövriyyədən çıxarılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1599   Tarix: 23 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949