Selin Dion anasının ölümündən bir saat sonra KONSERT VERDİ - FOTO-VİDEO
Dünyaca məşhur müğənni, 51 yaşlı Selin Dion anasının ölüm xəbərini aldıqdan bir saat sonra konsert verib.
BiG.AZ-ın haberler.com-a istinadən verdiyi xəbərə görə, "Courage" Dünya Turu çərçivəsində etdiyi son konsertini müğənni anasına həsr edib.
"Şou davam etməlidir" düşüncəsi ilə yaşayan müğənni Mayamidəki "American Airlines Arena"da verdiyi konsert zamanı dediyi sözlərlə hər kəsi şoka salıb:
"Bu səhər anamın öldüyü barədə xəbərləri eşitmisiniz. Amma mən yaxşıyam. Anam 92 yaşındaydı. Uzun müddət xəstə idi, bilirdik ki, bizimlə çox qalmayacaq. İki gün öncə ona baxan tibb bacılarından zəng gəldi və tez bir zamanda onu itirəcəyimizi dedilər... Dünən gecə bacı-qardaşlarımla Monrealda onun yanında toplaşmışdıq. Ona hekayələr danışdıq, mahnılar oxuduq. Bir-birimizi qucaqladıq, bir-birimizlə vidalaşdıq. Əmin idik ki, anamız vəfat etməzdən əvvəl bir araya gəlməyimizi gözləyirdi."
Məşhur ulduzun anası Tereza Tanguay Dion ötən cümə günü, 92 yaşında Monrealda dünyasını dəyişib. Onun 14 övladı olub. Selin Dion onların ən kiçiyidir.
Natəvan Baxşiyeva
BiG.Az


Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş